Accessibility links

Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktorla görüşüb


Elmar Məmmədyarov və ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill
Elmar Məmmədyarov və ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yanvarın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ABŞ və Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əminamanlığı təmin edəcəyi vurğulayıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi baş tutub.

XS
SM
MD
LG