Accessibility links

Gəncə hadisələri ilə bağlı 6 iş məhkəməyə göndərilib


2018-ci ilin iyulunda Gəncədə baş vermiş iğtişaşlar üzrə altı iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, bu işlər üzrə 51 nəfər keçir. Ümumilikdə Gəncə iğtişaşları üzrə 59 nəfər istintaqa cəlb edilib və həbsə alınıb, 1 nəfər barəsində axtarış elan edilib.

Gəncənin keçmiş icra hakimiyyəti başçısı Elmar Vəliyevin həyatına sui-qəsd işi ilə bağlı "terror aktı, konstitusiya quruluşunu zorla dəyişdirmə və digər ağır cinayətlər törətmə cəhdində" ittiham olunan 29 nəfər saxlanılıb.

Daha 11 nəfər barəsində beynəlxalq axtarış elan edilib.

2018-ci il iyulun 3-də Gəncə sakini Yunis Səfərov Elmar Vəliyevi öldürməyə cəhd edib. Vəliyev yaralanıb, amma sağ qalıb. Hücum edən şəxs saxlanılıb.

Bir həftə sonra şəhər sakinləri Vəliyevin istefası və Səfərovun azad edilməsi tələbi ilə mitinq keçirib. Polislə qarşıdurma zamanı Gəncə Polis İdarəsinin iki yüksək vəzifəli zabiti öldürülüb.

XS
SM
MD
LG