Accessibility links

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri çox müsbət fikir mübadiləsi aparıb”


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb

Yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik iştirak edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin görüşlə bağlı şərhində deyilir ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirlyi

Mətbuat xidməti bildirir ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

“Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə edib”, mətbuat xidməti qeyd edir.

Eyni zamanda, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti də görüşü faydalı adlandırıb.

“Görüşdə qarşılıqlı anlaşma və inamın yaradılmasına yönəlmiş faydalı və konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər sülh prosesinə, insanların sülhə, sabit regional inkişafa və təhlükəsizliyə hazırlıq da daxil olmaqla, geniş bir sıra məsələlərə toxundu. Yeni görüşün vaxtı hələ təsdiqlənməyib, lakin nazirlər yaxın aylarda ardıcıl təmaslarını davam etdirməyə razılaşdılar,” news.am saytı Ermənistan Xarici İşlər Nazirliynin mətbuat xidmətinə istinadən bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında da deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

“Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçirib," sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçirib.

Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsi nəzərdən keçirilib.
Minsk Qrupunun həmsədrləri

“Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd edib. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırır”, Minsk Qrupunun həmsədrləri qeyd edir.

Bundan öncə iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Parisdə görüşüb

Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq verib.

2018-ci ilin dekabrın 6-da isə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

“Görüşdə qarşılıqlı anlaşma və inamın yaradılmasına yönəlmiş faydalı və konstruktiv fikir mübadiləsi aparılıb.
Ermənistan Xarici İşlər Nazirliyi

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışılar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqlaraın vacibliyini bildirib.

Dağlıq Qarabağ -xəritə
Dağlıq Qarabağ -xəritə

Prezident İlham Əliyev 2019-cu il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

Münaqişənin nizamlanması yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
İlham Əliyev, Azərbaycan prezidenti

“Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıbdır. Danışıqların davam etdirilməsi prosesi başlanmışdır, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşüblər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur”, prezident qeyd edib.

XS
SM
MD
LG