Accessibility links

Deputatın təcavüzünə uğradığını söyləyən qadının ölümü təşvişə səbəb olub


Şərqi Azərbaycanda Zəhra Nəvidpurun ölüm xəbəri geniş əks-səda doğrurub

Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində daha əvvəl şəhərin millət vəkilinin təcavüzünə uğradığını irəli sürən 28 yaşlı Zəhra Nəvidpurun gözlənilməz ölümü bölgə əhalisi və ictimai fəalları təşvişə salıb.

Yarı-rəsmi Mehr agentliyi Zəhra Nəvidpurun yanvarın 6-da Məlikan (Məlikkəndi) şəhərində intihar etdiyinə dair məlumat yayıb.

“Bu xanım keçən aylarda bir millət vəkilinə qarşı bəzi iddialar irəli sürmüşdü”- deyə, agentlik üstüörtülü şəkildə təcavüz mövzsuna işarə edib.

İran Azərbaycanı və ölkənin digər bölgələrində müxtəlif qruplar, o cümlədən türk fəallar gənc qadının millət vəkilinin göstərişi ilə qətlə yetirilmə ehtimalından söz edir.

HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

Bir neçə ay əvvəl Güney Azərbaycan Televiziyası (Günaz TV) və sosial mediada paylaşılan bir videoda gənc qadın Məlikan və Binab şəhərlərinin millət vəkili Salman Xudadadinin ofisində onun tərəfindən təcavüzə uğradığını bildirmişdi.

Gənc qadın həmin videoda deyir ki, “mən 2015-ci ilin qışında iş axtarmaq məqsədilə Məlikan qubernatorluğuna müraciət etdim. Sonra özü mənimlə təmas qurdu cənab Xudadadi. Mənə dedi ki, gəl Tehrana, ali audit katibliyində sənə iş verəcəyəm...”

Nəvidpur videonun davamında Tehrana getdikdən sonra millət vəkilinin ofisində necə təcavüzə uğradığını açıqlayır. Paylaşılan videolarda, o, olayı türk və fars dilində ətraflı şəkildə anladıb.

Bir neçə dönəmdir İran Parlamentində Məlikan şəhərinin millət vəkili olan Salman Xudadadi keçmişdə İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandirlərindən biri olub. O, tərəfdarları arasında Hacı Salman adı ilə tanınır.

Təəsüf edirəm ki bu xanımın fəryadını eşitmədilər. Bu müddətdə daşdan səs çıxdı, amma məsullardan və parlament nümayəndələrindən səs çıxmadı.
Təbrizin sabiq millət vəkili, Əkbər Ələmi

Zəhra Nəvidpur həmçinin İslam Respublikasının əlaqədar qurumlarına müraciət edərək təcavüzə uğradığına dair şikayət bildirmişdi.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin bildirdiyinə görə, keçmişdə təcavüzə uğradıqlarını önə çəkərək 57 yaşındakı millət vəkilindən şikayət edən digər qadınlar da olub.

HRA-nın məlumatına istinadən, Sepahın sabiq komandiri keçmiş illərdə təcavüz ittihamı ilə nəzarət altına alınıb.

Təbrizin sabiq millət vəkili, tanınmış siyasətçi Əkbər Ələmi Telegram kanalında gənc qadının ölmünün şübhəli olduğunu önə çəkib. Ələmi həmçinin “haqq və hüququnu axtaran” Zəhra Nəvidpura yardım etdiyini bildirib.

Zəhra Nəvidpur
Zəhra Nəvidpur

“Təəsüf edirəm ki, bu xanımın fəryadını eşitmədilər. Bu müddətdə daşdan səs çıxdı, amma məsullardan və parlament nümayəndələrindən səs çıxmadı... Bu xanımın intihar etdiyini elan etsələr də, onun məktublarını və sosial şəbəkələrdə yayımladığı audio və videolardakı ifadələrini diqqətə almalıdırlar. 28 yaşında bir qadının intihar etməsinə səbəb olan amilləri topluma açıqlamalıdırlar” - deyə, Ələmi qeyd edib.

XS
SM
MD
LG