Accessibility links

Daxili İşlər Nazirliyi: Taleh Xasməmmədova hədə-qorxu ilə tələb etmə maddəsilə cinayət işi açılıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Taleh Xasməmmədovla bağlı rəsmi məlumat yayıb.

Məlumatda deyilir:

“Dekabrın 27-də əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən kafelərin birində Bakı şəhər sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1000 manat pul alarkən Göyçay şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır”.​

Taleh Xasməmmədovun həyat yoldaşı sosial mediadakı açıqlamasında bu ittihamı rədd edib. O bildirib ki, yoldaşının saxlanması onun hüquq-müdafiə sahəsindəki fəaliyyəti və son vaxtlar bir neçə rəsmi şəxslərin fəaliyyətini tənqid etməsi ilə bağlıdır.

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Azərbaycanın rəsmiləri isə insanların hüquq müdafiəçisi kimi fəaliyyətinə və tənqidi mövqeyinə görə, təqiblərə məruz qalması ilə bağlı deyilənləri isə qəbul etmirlər.

XS
SM
MD
LG