Accessibility links

Avropa Məhkəməsi İntiqam Əliyevin hüquqlarının pozulmasını tanıyıb


Strasburq Məhkəməsi ərizəçiyə mənəvi ziyana görə 20 min avro təzminat və məhkəmə xərcləri üçün 6150 avro ödənilməsinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 20-də məşhur Azərbaycan hüquqşünası və hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə qərarı elan edib.

AİHM-nin rəsmi məlumatına görə, məhkəmə Əliyevin Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.4-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) , 8-(şəxsi və ailə həyatına hörmət hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması həddi) maddələri üzrə hüquqlarının pozulduğunu etiraf edib.

Strasburq Məhkəməsi ərizəçiyə mənəvi ziyana görə 20 min avro təzminat və məhkəmə xərcləri üçün 6150 avro ödənilməsinə qərar verib.

Beləliklə, məhkəmə hüquq müdafiəçisinin 2014-cü ilin avqustunda həbsini qanunsuz hesab edib və Əliyevin cinayət təqibinin onu susdurmaq və hüquqları ölkə hökuməti tərəfindən pozulan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinə görə cəzalandırmaq məqsədi daşıdığı qənaətinə gəlib.

Xatırladaq ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs edilib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, bütün ittihamları təkzib edib və onları siyasi motivli adlandırıb.

Amnesty İnternational Əliyevi "vicdan məhbusu" kimi tanıyıb. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə Əliyev 2016-cı ilin martında şərti azadlığa buraxılıb.

XS
SM
MD
LG