Accessibility links

“İranda 20-dən az türk naşir var, onu da görmək istəmirlər”


Kitab sərgisi
Kitab sərgisi

Bir neçə gün öncə Tehran Beynəlxalq Kitab Sərgisində “pan-İranist” qüvvələrin İran Azərbaycanından sərgiyə qatılan Azər-Türk adlı nəşriyyatın pavilyonuna hücumuna təpkilər davam edir.

Şahidlər, o cümlədən şair və publisist Səid Muğanlının bildirdiyinə görə, zorakılıqla pavilyona girən şəxslər “bizim İranda türk yoxumuzdur” deyə qışqır-bağır salaraq, lövhədəki “türk” sözünün üzərini qaralayıblar.

Farsca kitab yayımlayan minlərlə naşir var. Halbuki, türk naşirlərin sayı 20-yə çatmır. Bunların da bir neçəsi sadəcə adda türk naşiridir amma türkcə nəşrin qayğısını çəkmirlər.
Sədullah Dünyəvi

Hücumlara təpkilərən davam etdiyini bildirən Güney Azərbaycan Televiziyası (Günaz TV) və Mikrofon News internet portalına istinadən, sənətkarlar, yazarlar və türk fəallar Azər-Türk nəşriyyatının pavilyonuna baş çəkərək həmrəylik bildirirlər.

Həmrəylik və dəstək bildirən bəzi mədəni fəallar nəşriyyatın pavilyonunun önündə çəkdikləri fotoşəkillərini sosial mediada paylaşırlar.

Hüquq müdafiəçilərinin məlumatına görə, hücuma məruz qalan nəşriyyata dəstək vermək üçün sərgiyə müraciət edən bir neçə türk fəal o cümlədən, İslam Məliki və Kazım Səfabəxş təhlükəsizlik işçiləri tərəfindən bir neçə saatlıq nəzarət altına alınıblar.

İran Azərbaycanında fəaliyyət göstərən digər naşir Yaylıq Nəşriyyatının müdiri Sədullah Dünyəvi hadisə ilə bağlı kədərləndiyini bildirirək, türk naşirlərə qarşı zorakılıq tətbiq edilməsini "xəstə bir zehniyyətin əməli" kimi dəyərləndirib.

“Farsca kitab yayımlayan minlərlə naşir var. Halbuki, türk naşirlərin sayı 20-yə çatmır. Bunların da bir neçəsi sadəcə adda türk naşiridir amma türkcə nəşrin qayğısını çəkmirlər. Sərgidə bir türk nəşriyyatına hücum edilirsə, demək ki, dilimizdə bir neçə naşiri də görmək istəmirlər,” deyə Ərdəbildə nəşr fəaliyyəti göstərən cənab Dünyəvi ifadə edib.

XS
SM
MD
LG