Accessibility links

Azərbaycan hökuməti ATƏT DTİHB-i prezident seçkilərində müşahidəyə dəvət edib


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu

Avropa İttifaqı Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təcrübəsinə və standartlarına əsaslanacaq.

Bu barədə fevralın 16-da Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Kyastutis Yankauskas jurnalistlərə bildirib.

O xatırladıb ki, fevralın 9-da Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilib, burada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Aİ-ni isə xarici siyasət üzrə ali komissar Federika Mogerini təmsil edib.

"Görüşdə prezident seçkiləri əsas məsələlərdən biri olub. Xanım Mogerini çox aydın şəkildə bildirib ki, Aİ növbədənkənar prezident seçkilərinin açıq və demokratik olacağına ümid edir", səfir bildirib.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatları dəvət edib.

"Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatlara dəvətnamələr göndərib. Buna görə Aİ dəvət almayıb. Aİ həmişə ATƏT-in və ATƏT DTİHB-nin təcrübəsinə əsaslanır. Bilirəm ki, ATƏT DTİHB-yə dəvətnamə artıq daxil olub və hazırda ona baxılır. Onlar bütün detalları qiymətləndirməlidirlər", deyə Yankauskas qeyd edib.

XS
SM
MD
LG