Accessibility links

Əlirza Beygi: İran Azərbaycanı qonşu türk ölkələrin kölgəsindən çıxarılmalıdır


Əhməd Əlirza Beygi
Əhməd Əlirza Beygi

Prezident Ruhani 2013 ildə Təbrizdə Türk Dil Qurumunun təsisinə dair vəd versə də, bu günə qədər sözünü yerinə yetirməyib. Mövzu bu günlərdə Təbrizin muhafizəkar millət vəkili Əhməd Əlirza Beygi tərəfindən İran Parlamentində təkrar gündəmə gəlib.

Şərqi Azərbaycanın sabiq valisinin İSNA agentliyində dərc edilən açıqlamasına görə, bəzi siyasi rəsmilərin səhlənkarlığı və ana dili ilə əlaqədar verilən sözlərin yerinə yetirilməməsi nəticəsində, İran Azərbaycanının mədəniyyəti Azərbaycan Respublikası və Türkiyənin kölgəsi altında qalıb.

Muhafizəkar siyasətçi məclisdəki nitqində Həsən Ruhani hökümətinin mövzu ilə bağlı yürütdüyü siyasəti tənqid edib.

Azərbaycan əhalisi müxtəlif seçkilər ərəfəsində türk dil hüquqlarını dair tələblərini gündəmə gətirirlər
Azərbaycan əhalisi müxtəlif seçkilər ərəfəsində türk dil hüquqlarını dair tələblərini gündəmə gətirirlər

“Ana dilini qorumaq üçün bir qurumun qurulması tələb olunurdu ki, Azərbaycan əhalisinin mədəniyyət, sənət və dili qonşu türk ölkələrin kölgəsindən çıxsın. Türk Dil Qurumu vədinin yerinə təsis edilən Azərbaycan Mədəniyyət Quruluşunda bu hədəfi reallaşdırmaq üşün lazımi mexanizmlər mövcud deyil,” deyə o söyləyib.

Türk fəallar muhafizəkar və islahatçı mötədil siyasətçilərin İran Azərbaycanında türk dil hüquqlarına dair vədlərinin seçki rəqabətləri çərçivəsində gündəmə gətirildiyini önə çəkirlər.

Əlirza Beyginin dediklərinə görə, Azərbaycan Mədəniyyət Quruluşu qurulduqdan bəri müəyyən siyasi qrupun bir araya gəlməsinə xidmət edən bir məkana çevrilib.

Sabiq vali daha sonra Təbrizdə fəaliyyət göstərən Anaj agentliyinə müsahibədə deyib ki, “Azərbaycanı mərkəzdən uzaqlaşdırmaq istəyənlərin dil qurumundan sui-istifadə edəcəkləri ehtimalı bizi belə bir qurumun xeyir-bərəkətlərindən məhrum etməməlidir".

Türk fəallar muhafizəkar və islahatçı mötədil siyasətçilərin İran Azərbaycanında türk dil hüquqlarına dair vədlərinin seçki rəqabətləri çərçivəsində gündəmə gətirildiyini önə çəkirlər.

XS
SM
MD
LG