Accessibility links

Sorosun universitetinin bağlanmasına səbəb olacaq qanun layihəsi təsdiq edilib


Macarıstan baş nazirilin lideri olduğu sağçı Fidesz partiyasının deputatları dünən xarici universitetlərin fəaliyyətini məhdudlaşdıran qanun layihəsini təsdiq ediblər. Bu qanun layihəsi qüvvəyə minəcəyi halda milyarder və filantrop Corc Sorosun təsisçisi olduğu Mərkəzi Avropa Universiteti fəaliyyətini dayandırmalı olacaq.

Mərkəzi Avropa Universiteti paytaxt Budapeştdə yerləşən və 100 ölkədən 1,400 tələbənin təhsil aldığı ingilisdilli universitetdir. Universitet 1991-ci ildə təsis edilməsinə baxmayaraq, qısa zaman ərzində dünyanın aparıcı tədris müəssisələrindən birinə çevrilib.

Qanun layihəsinə görə, Macarıstanda olan 28 xarici universitetin hər biri öz ölkələrində də fəaliyyət göstərməlidir. Qüvvəyə mindiyi halda, qanun layihəsinə əsasən, xarici universitetlər 1 yanvar 2018-ci ildən etibarən tələbə qəbulunu və 2021-ci ilə qədər isə ölkədəki fəaliyyəti dayandırmalıdır.

Macarıstanın baş naziri Orban avtokratik və ksenofob fikirlərinə görə tanınması ilə bərabər, liberal Sorosun təsis etdiyi universiteti özünə ideoloji rəqib kimi görür. Orban dəfələrlə Avropa İttifaqının miqrasiya siyasətini və Krımı ilhaq etməsindən sonra Rusiyaya yönələn sanksiyaları tənqid etmişdir.

XS
SM
MD
LG