İranın təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan vilayətinin Məlikan şəhərində milli fəallar Mehdi Kuxiyan və Kərim Çayçıyanı nəzarət altına alıb.
Oyan News veb səhifəsinə istinadən, Ettelaat məmurları dekabrın 18-də iki fəalın evini axtarıb, kompüter və digər şəxsi əşyalarını müsadirə ediblər.
Yerli fəalların Amerikanın Səsinə verdiyi məlumata görə, Kuxiyan və Çayçıyan sosial mediada, xüsusilə də İranda geniş istifadə edilən ani mesajlaşma sistemi olan Telegram-da göstərdikləri fəaliyyətləri ilə əlaqədar tutulublar.
Mehdi Kuxiyan əvvəllər də sosial mediada apardığı fəaliyyətlər səbəbilə həbsə və mühakiməyə məruz qalıb.