Accessibility links

Rəzəvi və Muradpur yenidən Təbriz zindanına köçürülüblər


Murtaza Muradpurun sağlıq durumu kritikdir

Aclıq aksiyasına başladıqları üçün təqribən bir ay öncə Təbrizdən Kərəc şəhərinin Mərkəzi Penitensiarına sürgün edilən siyasi məhbuslar Rəsul RəzəviMurtaza Muradpurun təkrar Təbriz Mərkəzi Zindanına köçürüldüyü bildirilir.

Bu haqda məlumat yayan Güney Azərbaycan Televiziyası (Günaz TV) və Oyan News veb səhifəsinə istinadən, türk fəalların Təbrizə aparılmasının maliyyəti ailələri tərəfindən ödənib.

Məhkəmə dosyeləri ilə bağlı tətbiq edilən qanunsuzluqlara etiraz olaraq aclıq aksiyası keçirən Rəsul Rəzəvi və Murtaza Muradpur noyabrın 4-də Kərəc şəhərinin Mərkəzi Penitensiarına köçürülmüşdülər.

Rəzəvi məhkəmə məsullarının vədləri, eləcə də tanınmış türk fəallar və Urmiyə şəhəri millət vəkillərinin xahişi ilə noyabrın 15-də 44 günlük aclıq aksiyasına son verdi.

7 həftə öncə aclığa başlayan Murtaza Muradpurun isə sağlığının kritik durumda olduğu, qara ciyər və böyrəyindən ciddi xəsarət aldığı bildirilir. Məhbusun ailəsinə istinadən yayılan məlumata əsasən, o, çətinliklə danışır.

XS
SM
MD
LG