Yaponiyanın Müdafiə Nazirliyi çərşənbə günü hərbi büdcənin rekord səviyyəyə qaldırılmasını xahiş edib. Nazirliyin bu xahişi Şimali Koreyadan üzləşilən ballistik raket hədəsi və Çinin Şərqi Çin Dənizində aqressivləşdiyi vaxta təsadüf edir.
Yeni planlarda tank diviziyalarının azaldılması və mobil amfibiya qüvvələrinin möhkəmləndirilməsi nəzərdə tutulur.
Təsdiq olunarsa, büdcədə 2.3 faizlik artım müdafiə büdcəsinin həcmini ¥5.17 trilyon yenə - yəni $51.47 milyard dollara çatdıracaq. Baş nazir Şinzo Abenin rəhbərliyi altında beşinci ildir ki, ardıcıl olaraq Yaponiyanın müdafiə büdcəsi artır.
Ölkənin Özünümüdafiə Qüvvələri şimaldan azalan Rusiya təhlükəsinə rəğmən diqqəti Çinlə sərhəddəki adalar silsiləsinə yönəltməkdədirlər. Bu məsafə 1400 kilometri əhatə edir.
Yeni planlarda tank diviziyalarının azaldılması və mobil amfibiya qüvvələrinin möhkəmləndirilməsi nəzərdə tutulur.
Yaponiyanı bu addımı atmağa vadar edən başlıca faktorlardan biri Şimali Koreyanın onun ərazisini vura biləcək ballistik raketlər inişaf etdirməsidir.
Xərclərin ən böyük kəsimini raket vuran Patriot batareyalarının təkmilləşdirilməsi təşkil edir ki, rəsmi Tokyo bu layihəyə 979 milyon dollar sərf edəcək.