Accessibility links

Xudafərin şəhərində milli fəalın güllələnərək öldürüldüyü bildirilir


Güneylə bağlı məlumat yayan media avqustun 20-də Xudafərin şəhərinin Həsrətan kəndində Səyyad Nejadəli adlı milli fəalın kəndə hücum edən təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirir.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News veb səhifəsinin yaydığı məlumata görə, naməlum səbəblər üzündən kəndə hücum edən mülki geyimli məmurlar Səyyad Nejadəlini evinin yaxınlığında güllələyiblər.

Evli və dörd övlad sahibi olan 40 yaşlı milli fəal yayılan məlumata görə, sərhəd bölgələrində yaşayan bir çox insan kimi Sərbəst İqtisadi Bölgədə çalışaraq ailəsini təmin edirdi.

Milli fəalın ailəsinin onu qətlə yetirən məmurlardan məhkəməyə şikayət etdiyi bildirilib.

Səyyad Nejadəli
Səyyad Nejadəli

Araz News məhkəmə və təhlükəsizlik qurumu məsullarının milli fəalın öldürülməsinə dair ziddiyyətli açıqlamalar verdiyini qeyd edib.

“Ettelaat məsulları mərhumun həyat yoldaşı xanım Tahirə Əlipura ərinə səhvən güllə açıldığını deyiblər. Onlar deyib ki, biz başqa birini təqib edirdik, amma təəssüf ki, əməkdaşlarımız səhvən Səyyada güllə açıblar... Xudafərin Ədliyyə İdarəsi başqanı Purəhməd isə avqustun 20-də spirtli içki qaçaqmalçıları ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmada bir şəxsin öldürüldüyünü irəli sürmüşdü,” deyə Araz News-un xəbərində bildirilib.

XS
SM
MD
LG