Accessibility links

Mitt Romni Donald Trampa səs verməyəcəyini açıqladı


ABŞ-da Respublikaçılar Partiyasında prezidentliyə sabiq namizəd Mitt Romni milyarder Donald Trampın irqçi çıxışlarından sitat gətirərək bu il noyabr seşkilərində partiyanın ehtimali namizədi Donald Trampa səs verməyəcəyini açıqlayıb.

"Mən Amerikalıların qarşıdakı nəslinin xarakterini dəyişəcək belə sözlər deyən ABŞ prezidenti görmək istəmirəm" - deyə Romni CNN-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, prezidentlərin adətən xalqa ciddi təsirləri olur və belə irqçi, eqoist və nifrətlə dolu fikirləri olan prezident Amerika üçün təhlükəlidir.

2012-ci ildə demokrat namizəd Barak Obamaya uduzan Mitt Romni 4-cü illin Ekspert və Entusiazm və ya E2 iclasını keçirir. Bu il toplantının əsas mövzusu partiyanın hazırki namizədidir.

Yutah ştatının Ceyran Vadisi şəhərində keçirilən bu ilki toplantıya 300-dən çox insan qatılıb.

Demokratlara səs verməyəcək

Televiziya müsahibəsi zamanı Romni deyib ki, o, demokratların namizədinə də səs verməyəcək.

"Mən sadəcə özümü Hillari Klintona səs verməyə məcbur edə bilmərəm. Onun təbliğ etdiyi siyasət ölkəmiz üçün səmərəli olacaq" - deyə Romni bildirib.

Ancaq Romni deyib ki, o, liberal Qari Consona səs verməyi düşünür.

Bundan başqa, Romninin toplantısında Donald Trampa dəstək ifadə etdiyinə görə, Nümayəndələr Palatasını spikeri respublikaçı Pol Rayan sərt tənqidlərlə üzləşib.

XS
SM
MD
LG