ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əli 74 yaşında vəfat edib.
Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu dünən - iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib.
Məhəmməd Əli 32 il idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb.
Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.
Özü də daxil olmaqla, bir çoxları onu boks tarixinin "Ən möhtəşəmi" (The Greatest) adlandırıb.