ABŞ vitse-prezidenti Co Bayden bu gün telefonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla danışıb.
Bu barədə Ağ Evin yaydığı açılqamada bildirilir.
Tərəflər ATƏT-in hazırkı missiyasını genişləndirmək və ATƏT-in araşdımra mexanizmini yekunlaşdırmaq barədə razılığa gəliblər.
Telefon söhbətində ABŞ rəsmisi 16 mayda Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən müzakirələr əsnasında əldə olunan razılıqları alqışlayıb.
“Tərəflər ATƏT-in hazırkı missiyasını genişləndirmək və ATƏT-in araşdırma mexanizmini yekunlaşdırmaq barədə razılığa gəliblər,” deyə açıqlamada bildirilir.
Vitse-prezident Bayden ölkələri atəşkəsə riayət etməyə çağırıb və hərtərəfli razılığın üzərində gedən danışıqların iyunda bərpa edilməsinin vacibliyini vurğulayıb.
Aprel ayının əvvəlində atəşkəsin pozulması nəticəsində Azərbaycan və Ermənistan hərbi qüvvələri arasındakı təmas xəttində gərginliklər artıb. Ötən həftələrdə qızışan döyüşlər nəticəsində hər iki tərəfdən onlarla əsgər həlak olub.