Accessibility links

ABŞ-Azərbaycan münasibətləri: Sabit və firavan gələcək naminə ortaq məqsədlər


Robert Sekuta və Maykl Lalli
Robert Sekuta və Maykl Lalli

ABŞ-ın Azərbaycandakı səfirliyi səfir Robert Sekutanın rəy məqaləsini yayıb.

Məqalədə Səfir Sekuta Azərbaycanda səfir kimi çalışdığı son bir ilə nəzər salır.

Məqalədə deyilir:

"Bir il əvvəl mən Azərbaycana ABŞ-ın təyin olunmuş səfiri kimi prezident Əliyevə öz etimadnaməmi təqdim etmək şərəfinə nail oldum.

Təqdimatdan sonra Azərbaycan rəsmiləri ilə ilk keçirdiyim görüşlərdən birində mənə “biz dostuq yoxsa yox?” sualı veriləndə, mən dərhal “bəli” cavabı vermişdim.

Təqdimatdan sonra Azərbaycan rəsmiləri ilə ilk keçirdiyim görüşlərdən birində mənə “biz dostuq yoxsa yox?” sualı veriləndə, mən dərhal “bəli” cavabı vermişdim.

Lakin bu sual mənə insanlar arasında olduğu kimi, ölkələr arasında da olan münasibətlərin davamlı qayğı və diqqətə ehtiyacı olduğunu xatırladır. Son bir ildə Azərbaycanda gördüyüm işlər barədə fikirlərimi bölüşmək, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında münasibətlərin necə inkişaf etdiyini nəzərdən keçirmək istərdim.

Son bir il ərzində mən Azərbaycanın təbii gözəlliyini, cazibədar tarixini və mədəni ənənələrini öyrənməkdən həzz aldım. Mən və həyat yoldaşım Ənn Azərbaycanın çox güşələrinə səyahət edərək, tanınmış və o qədər də tanınmamış yerlərini kəşf etdik. Qobustanda qədim qayaüstü təsvirləri və Şəkidəki Xan Sarayını seyr edərkən və ya Azərbaycanın bölgələrində gəzərkən hiss edirdim ki, görüləsi və öyrəniləsi çox şeylər var. Etdiyim səfərlər mənə azərbaycanlılarla ünsiyyətdə olmaq, insanların fikirlərini və gözləntilərini öyrənmək üçün gözəl imkanlar yaratmışdır. Mənə ən çox təsir edən görüşlər sırasında məcburi köçkün icmalarında keçirdiyim görüşlər olub ki, orada insanların evlərindən didərgin düşmələrinin acı və ağrısı barəsində öyrənmişəm. Keçirdiyim görüşlər mənə insanların daha çox düşündürən məsələlər, dövlətin inkişaf etdiyi istiqamətlər və həmçinin, insanların Birləşmiş Ştatlar barəsində olan fikirlərini öyrənməyə kömək etmişdir.

Mənə ən çox təsir edən görüşlər sırasında məcburi köçkün icmalarında keçirdiyim görüşlər olub ki, orada insanların evlərindən didərgin düşmələrinin acı və ağrısı barəsində öyrənmişəm.

Dəfərlə qeyd etdiyim kimi, təhlükəsizlik, demokratiya, və iqtisadiyyat/enerji sahələri ABŞ və Azərbaycan arasında olan münasibətləri təşkil edən üç önəmli sahədir. Sözügedən sahələr bir-biri ilə sıx bağlı olduğuna görə onların heç biri digərini üstələyə bilməz. Sağlam iqtisadiyyat ölkənin təhlükəsizliyinin əsasıdır. Yalnız qanunun aliliyinin və insana hörmətin təmin olunduğu cəmiyyətdə tam iqtisadiyyat potensialı əldə etmək mümkündür. Demokratik cəmiyyətlər isə vətəndaşların təhlükəsizliyi qorunanda çiçəklənə bilər. Sözügedən bu amillər Azərbaycanın uzun müddətli sabitliyi və firavanlığı üçün zəruridir.

Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir.

Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzun müddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar. Sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasıyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol oynayır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir. Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir. Lakin son 25 ildə Azərbaycan dəyişdikcə, daha çox tərəqqi əldə etdikcə, və yeni çağırışlarla üzləşdikcə biz də öz yanaşmamızı dəyişirdik. İyirmi beş il öncə bizim yardımımız əsasən münaqişə içində olan Azərbaycana göstərdiyimiz humanitar yardımlardan ibarət idi. Bu gün isə biz azərbaycanlılarla birgə işləyərək qadın və gənclərin biznesdə uğur qazanmasına və ölkənin kənd təsərrüfatı və digər sahələrini inkişaf etdirərək iqtisadiyyatın diversifikasiyasına təkan vermələrinə kömək edirik. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) layihəsi olan Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə biz Azərbaycan hökuməti ilə birgə işləyərək icmalar səviyyəsində həyata keçirilən layihələri dəstəkləyirik. Sözügedən layihələr çərçivəsində yerli hökümət nümayəndələri, vətəndaşlar və qeyri-hökumət təşkilatları bir araya gələrək icmaların üzləşdikləri məsələləri aşkarlayır, onları həll edirlər.

Ümumilikdə 59 layihə tamamlanmışdır ki, onların bir neçəsinin sayəsində kəndlərdə içməsi su təmin olunmuş, 52 icmada yolların bərpası və tibb klinikalarının inşası həyata keçirilmişdir. Son üç il ərzində 85000-dən çox azərbaycanlı layihələrdən yararlanaraq gələcəkdə yerli hökumət nümayəndələri ilə tərəfdaşlıq çərçivəsində öz sosial və iqtisadi problemlərini ünvanlamaq bacarığını əldə etmişlər. ABŞ hökumətinin digər qurumları da sözügedən sahədə fəallıq göstərir. Bərdə və Ağcabədidə yerləşən məcburi köçkün qəsəbələri də daxil olmaqla çoxsaylı icmalar ABŞ hərbisinin Avropa Komandanlığının su təchizatı və məktəblərin bərpası proqramından yararlanmışdır.

Biz Minsk Qrupu prosesi vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq qalırıq.

Birləşmiş Ştatlar 1993-cü ildən bəri məcburi köçkünlərə yardım məqsədilə 115 million dollar ayırmış və bu gün də biz Azərbaycan cəmiyyətinin bu təbəqəsi ilə işləmək öhdəliyimizə sadiq qalırıq. Eyni zamanda biz Minsk Qrupu prosesi vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq qalırıq. Dağlıq Qarabağ münaqısəsinin həlli həm Azərbaycanda həm də bölgədə firavanlıq və sabitliyin daha çox güclənməsinə təkan verəcək. Sülh Korpusu, təhsil sahəsində verilən təqaüdlər, ingilis dili təlim proqramları da daxil olmaqla, ABŞ-ın dəstəklədiyi proqramlar sayəsində bir çox azərbaycanlı ölkələrinə yardım etmək üçün müxtəlif bacarıqlar əldə etmişlər. Müxtəlif mübadilə proqramlarında iştirak etmiş 5000-dən çox məzun, dövlət və özəl sektorunun müxtəlif sahələrində çalışaraq, öz bilikləri sayəsində Azərbaycanın biznes, dövlət idarəçiliyi və sosial təminat sahələrini gücləndirirlər.

ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 milyard dollar yardım etmişdir və bu sahədə işlər davamlı inkişaf etdirilir.

Həmçinin 2015-ci ilin Avropa Oyunlarının uğurlu keçirilməsi üçün ABŞ-ın mübadilə proqramlarında iştirak etmiş çoxsaylı məzunlar könüllü kimi öz töhfələrini vermişlər. Ümumilikdə, ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 milyard dollar yardım etmişdir və bu sahədə işlər davamlı inkişaf etdirilir. Amerikanın Azərbaycanla bağlılığı yalnız hökumət ilə əməkdaşlıqla məhdudlaşmır. ABŞ şirkətlərinin fəaliyyəti və maraqları firavanlığın və sabitliyin inkişafında və həmçinin bizim dostluğumuzun gücləndirilməsində böyük rol oynamışdır.

Keçən il ABŞ-ın 14 böyük şirkətinın nümayəndələrindən ibarət olan ticarət missiyasının Azərbaycana uğurlu səfəri Azərbaycanın iş dairələri ilə əlaqələrin yaradılmasına və dövlətlər arasında olan vacib iqtisadi əməkdaşlığın daha da güclənməsinə təkan vermişdir. Azərbaycanda çoxsaylı Amerika şirkətləri fəaliyyət göstərərək iqtisadiyyata təkan verir və yeni iş yerləri yaradır. Biz həmçinin demokratik inkişaf sahəsində də fəaliyyətlərimizi davam etdiririk. Birləşmiş Ştatlar da daxil olmaqla bütün demokratik dövlətlər daimi inkişafdadır. Vacib amil ondan ibarətdir ki, biz daimi olaraq qazandığımız uğurları nəzərdən keçirməli, ictimaiyyətlə inkişaf yollarını açıq müzakirə etmək bacarığına malik olmalıyiq.

Dünyanın digər dövlətləri kimi, Azərbaycanın qlobal iqtisadi böhranla üzləşdiyi bir vaxtda, korrupsiya da daxil olmaqla iqtisadi inkişafa maneə yaradan məsələlərin ictimai müzakirəsi Azərbaycanın daha güclü, sabit və firavan olması üçün vacib rol oynayır

Uzun müddətli sabitlik, tərəqqi və uğurun əldə olunması üçün məsul hökumət və qanunun aliliyi kimi demokratik prinsiplər vacib şərtdir. Dünyanın digər dövlətləri kimi, Azərbaycanın qlobal iqtisadi böhranla üzləşdiyi bir vaxtda, korrupsiya da daxil olmaqla iqtisadi inkişafa maneə yaradan məsələlərin ictimai müzakirəsi Azərbaycanın daha güclü, sabit və firavan olması üçün vacib rol oynayır. Fürsətdən istifadə edərək mən Azərbaycana təhlükəsizlik sahəsində, xüsusilə bölgədə təhlükəsizliyin təminatı üçün gördüyü işlərə görə təşəkkür etmək istəyirəm. Azərbaycan Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və NATO ilə vacib tərəfdaşlıq edir. Ələt limanı vasitəsilə Çin, Mərkəzi Asiya və Avropaya yüklərin uğurla daşınması Azərbaycanın vacib bir nəqliyyat mərkəzinə çevrildiyini nümayiş etdirir. Bu kimi vacib fəaliyyətlər bölgədə Yeni İpək Yolunun reallaşması istiqamətində vacib addımlardır. Yeni İpək Yolu qədimdə olduğu kimi sahibkarlığın, innovasiyaların və fərdi yaradıcılığın inkişafına təkan verəcək.

Dostluq yolunun enişli və yoxuşlu olmasına baxmayaraq dostlar bu yoldan heç bir vaxt dönmürlər. Həqiqi dost öz dostunun uğurlarına sevinən, ona mübarizəsində yardımını əsirgəməyəndir və o həmişə dostuna qarşı səmidir. Düşünürəm ki, bütün bunlar ABŞ-ın Azərbaycanla münasibətlərinə şamil oluna bilər.

Azərbaycan həmçinin qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaşdır, tarixi, güclü etnik və dini tolerantlıq ənənələrinə görə digər dünya ölkələri üçün bariz nümunədir. Yekunda onu demək istəyirəm ki, dostlar birgə maraqları, dəyərləri və məqsədləri paylaşır. Dostluq yolunun enişli və yoxuşlu olmasına baxmayaraq dostlar bu yoldan heç bir vaxt dönmürlər. Həqiqi dost öz dostunun uğurlarına sevinən, ona mübarizəsində yardımını əsirgəməyəndir və o həmişə dostuna qarşı səmidir. Düşünürəm ki, bütün bunlar ABŞ-ın Azərbaycanla münasibətlərinə şamil oluna bilər. “Biz dostuq yoxsa yox?” sualına “bəli” cavabını Azərbaycanın Sovet İttifaqından sonra müstəqil olduğu 25 ilin hər birinə şamil etmək olar. Əminəm ki, gələcək 25 ildə və ondan sonrakı dövrdə də bu sualın cavabı “bəli” olacaq."

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG