Aylarla ABŞ-ın növbəti prezidenti olmaq istəyən namizədlər seçiciləri onların bu vəzifəyə ən layiqli şəxs olduğunu inandırmağa səy göstərirlər. Bir həftə sonra Ayova ştatında vətəndaşlar praymeriz kimi partiyadaxili ilkin seçkilərdə öz sözlərini demək imkanı qazanacaqlar.
Respubikaçılar arasında narahatlıqlar var ki, əgər Tramp partiyanın nominasiyasını qazana bilməsə, onda müstəqil namizəd olaraq öz elektoratını Respublikaçı seçici bazasından ayıracaq.
1 Fevralda Ayovada keiçiriləcək kokoslar ABŞ prezident yarışlarında praymeriz mövsümünə start verəcək. Demokrat və Respublikaçı partiyaları özlərinin final namizədlərini iyul ayında ilkin seçkilərdən sonra keçiriləcək ümummilli qurultayda müəyyən edəcəklər.
Son rəy sorğuları Ayovada sabiq Dövlət Katibi Hillari Klintonun Vermont Senatoru Berni Sanderslə bərabər dəstəyə malik olduğunu göstərir.
Merilend ştatının sabiq qubernatoru Martin O'Mailley xeyli arxada qalır.
Respublikaçı tərəfdə milyarder Donald Tramp və Texas Senatoru Ted Kruz 12 potensial namizəd arasında irəlidə gedirlər. Ötən həftənin rəy sorğuları üstünlüyü Trampa verir.
Respubikaçılar arasında narahatlıqlar var ki, əgər Tramp partiyanın nominasiyasını qazana bilməsə, onda müstəqil namizəd olaraq öz elektoratını Respublikaçı seçici bazasından ayıracaq.
Ancaq sabiq Nyu-York meri Maykl Blumberqin mstəqil namizəd kimi çıxış etməyə eyham vurması Demokratlar üçün də oxşar ssenari yarada bilər. Belə ki, bir vaxtlar Respublikaçı olmuş milyarder Blumberqin silahlara nəzarət, abort hüquqları və immiqrasiya məsələlərində mövqeləri Demokratlarla üst-üstə düşür.