Avropa İttifaqı Makedoniyanın şimal bölgəsində dünəndən davam edən atışmaya görə narahatlığını bildirir.
Kumanovo şəhərində yaraqlılarla polis arasında qarşıdurma 8 polis işçisi və 14 yaraqlının ölümünə səbəb olub. Onlarla insan xəsarət alıb.
Kosovo və Serbiya sərhədləri yaxınlığında yerləşən bu bölgədə albanlar çoxluq təşkil edir.
Makedoniya hökuməti öldürülənlərə görə ölkədə ikigünlük matəm elan edib.
Prezident Qjorce İvanov Təhlükəsizlik Şurasının təcili yığıncaq keçirməsinə çağırıb.
Makedoniyanın Xarici İşlər Nazirliyi yaraqlıların qonşu ölkədən olduqlarını desə də, onların kimliyini açıqlamayıb.