Accessibility links

Obama Tehrana məktub göndərən respublikaçı senatorları tənqid edib


ABŞ prezidenti Barak Obama İrana xəbərdarlıq edən 47 respublikaçı senatoru tənqid edib. Senatorun xəbərdarlığında deyilirdi ki, cənab Obama ilə hər hansı nüvə razılığı 2017-ci ildə o, hakimiyyətdən gedənədək davam edəcək.

Cənab Obama bu gün Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərə bildirib ki, respublikaçıların bu addımı ironikdir, çünki onlar özlərini İrandakı sərt xətt tərəfdarları ilə eyni məqama qoymaq istədiklərini göstərirlər. "Bu, qeyri-adi koalisiyadır" - deyə o bildirib.

İranın xarici işlər naziri Cavad Zərif də Respublikaçıları məktubunu tənqid edərək bildirib ki, bunun heç bir hüquqi dəyəri yoxdur və təbliğat xarakteri daşıyır.

Tehrana göndərilən məktubda respublikaçı senatorlar yazıb ki, İranla əldə olunacaq hər hansı razılıq Konqres tərəfindən təsdiq edilməsə o, yalnız cənab Obama ilə İranın ali dini lideri Ayətulla Əli Xameneyi arasında əldə olunmuş pakt olaraq qalacaq.

XS
SM
MD
LG