Accessibility links

Ukrayna prezidenti: Kremlin Maydandakı snayper qətliamında əli olub


Ukrayna Prezidenti Petro Poroşenko Kremli ötən il Kiyevin Maydanında nümayişçilərin snayper atəşinə tutulmasında birbaşa əli olmaqda ittiham edib.

Qətllərin birinci ildönümündə ittiham irəli sürən prezident Ukrayna xüsusi xidmət orqanlarında buna dair dəlillərin olduğunu bəyan edib.

Cənab Poroşenko öldürülənlərin qohumlarına deyib ki, dövlət xüsusi xidmət orqanlarının ona verdiyi məlumata əsasən Rusiya prezidentinin yardımçısı Vladislav Surkov Maydanda fəaliyyət göstərən xarici snayper qruplarına başçılıq edib.

Rusiya prezidenti Vladimir Putin müşaviri Vladislav Surkovla məsləhətləşir.
Rusiya prezidenti Vladimir Putin müşaviri Vladislav Surkovla məsləhətləşir.

Rusiya xarici işlər nazirliyi ittihamları "cəfəngiyyat" adlanadırıb.

Bu arada Ağ Ev xəbərdarlıq edib ki, əgər rusiyapərəst separatistlər Ukraynanın şərqində atəşkəsə riayət etməsələr, onda Moskvanı daha sərt ölçülər gözləyir.

Atəşkəsə vasitəçilik etmiş Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel Parisdə bir araya gələrək Moskvanı əlavə sanksiyalar barədə xəbərdarlıq ediblər.

Liderlər bildiriblər ki, tərəflər dərhal atəşkəsə əməl etməli və ağır texnikanı regionlardan çəkməlidirlər.

XS
SM
MD
LG