Yanvarın 19-u Amerikada Martin Lüter Kinqin xatirəsi anılır. Vətəndaş hüquqları müdafiəçisi 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində ictimai nəqliyyata boykot hərəkatına rəhbərlik edib. Hərəkat şəhərdə qaradərililərə tətbiq edilən ayrı-seçkiliyə son qoymağa nail olub. 1950-1960-cı illərin vətəndaş hüquqlarının müdafiəsinin önündə gedən Kinq 1963-cü ildə paytaxt Vaşinqtonda “Mənim bir arzum var” adlı çıxışı ilə milyonlarla insanı ilhamlandırmışdı.