Accessibility links

Zəlzələ necə proqnozlaşdırılır?


Pakistanda zəlzələ nəticəsində dağılan ev. 6 oktyabr, 2006.
Pakistanda zəlzələ nəticəsində dağılan ev. 6 oktyabr, 2006.

Alimlər zəlzələnin harada baş verəcəyini ehtimal edə bilirlər - amma dəqiq vaxtını yox. Amma indən belə Amerikalı geoloq və onun komandası zəlzələnin hansı gücdə baş verəcəyini proqnozlaşdırmaq qabiliyyətinə yiyələndiyini deyir.

Yer qabığı (litosfer) yavaş hərəkət edən və bəzən də toqquşan tektonik plitələrinin mozaikasından ibarətdir. Zəlzələlərin bu təmas xəttində baş verməsi təbiidir.

Məhz bu cür yeraltı təkanlar 2011-ci ildə Yaponiyada və 2004-cü ildə Sumatrada baş verən zəlzələ və tsunami formasına özünü büruzə vermişdi.

“Məhz bu cür yeraltı təkanlar 2011-ci ildə Yaponiyada və 2004-cü ildə Sumatrada baş verən zəlzələ və tsunami formasına özünü büruzə vermişdi. Onlar həqiqətən faciəvi olurlar,” deyə Cənubi Florida Universitetninin geoloqu, fəlsəfə elmləri doktoru Timoti Dikson bildirib.

O, və onun həmkarları yüksək dəqiqliyə malik olan naviqasiya (GPS) cihazlarından isitifadə edərək “ləng hadisələr” kimi tanınan zəlzələ prosesini müəyyən edə bilirlər ki, çox vaxt sadə cihazlar bunları tuta bilmir.

“Biz düşünürük ki bu “ləng hadisələr” bizə çat olan yerlərdə buxar buraxdıqlarını göstərirlər. Və əgər kifayət qədər buxar buraxsalar, onda çatlar partlamayacaq,” deyə doktor Dikson bidlirib.

Bu çox vacibdir, çünki çat nə qədər geniş miqyasda partlasa, zəlzələ də bir o qədər güclü olur.

Alimlər hər bir və ya iki ildən bir baş verən “ləng hadisələri” ölçmək üçün 15 il öncə Kosta Rikada GPS aparatlarını quraşdırıblar. Sonuncu “ləng hadisə” 2012-ci il zəlzələsindən üç ay öncə baş vermişdi.

İnsanlar hər zaman zəlzələnin dəqiq nə zaman baş verəcəyini bilmək istəyirlər, və bu texnologiya buna imkan vermir. Dikson bidirir ki, zəlzələnin təxmini gücünü bilmək rəsmilərə binaların tikilmə qaydalarını dəyişməyə, infrastrukturu möhkəmlətməyə və digər hazırlıqlıqları aparmağa vaxt verir.

Zəlzələ qaçılmazdır. Zəlzələnin nə zaman baş verəcəyini bilmək çətindir.

“Bilirsiniz, zəlzələ qaçılmazdır. Zəlzələnin nə zaman baş verəcəyini bilmək çətindir - amma bilirik ki, zəlzələ olacaq - biz müvafiq hazırlıqları görə bilərik.”

Timoti Dikson bildirir ki, digər zəlzələyə meyilli tektonik zonalarda bu texnologiyadan faydalanmaq mümkündür. Lakin hələlik onlardan yalnız sahildən çox uzaq məsafədə olmayan zonalarda istifadə oluna bilər, çünki GPS aparatları yuxarıdakı peykləri görməlidirlər, və onlar bunu su altından edə bilmirlər.

Diksonun təqdim etdiyi elmi tapıntılar “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

XS
SM
MD
LG