Accessibility links

Azərbaycan və Macarıstan xarici işlər nazirləri Barak Obamaya cavab verib [Video]


Azərbaycanarak Obamaya cavab verib
please wait

No media source currently available

0:00 0:05:42 0:00

Azərbaycanarak Obamaya cavab verib

Dekabrda Azərbaycan və Ermənistan xarici işlər naziləri görüşəcək

Azərbaycan - Macarıstan əlaqələri günbəgün genişlənir. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Nazir danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıqla bağlı müzakirələr aparıldığını deyib.

"Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılığa gəldik. Ticarət və humanitar əlaqələr daha da genişləndirilməlidir”.

Məmmədyarov həmçinin Bakı-Budapeşt birbaşa təyyarə reyslərinin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini deyib.

Peter Siyarto prezident İlham Əliyevin gələn həftə Macarıstana işgüzar səfər edəcəyini deyib. Səfər zamanı strateji tərəfdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

"Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır və iqtisadi əlaqələr sürətli templə inkişaf edir. Bu ilin səkkiz ayında iki ölkə arasında əmtəə dövriyyəsi 18 faiz artıb. Azərbaycanda Macarıstan Ticarət Evi açılıb. Sərmayələrin artırılması üçün Bolqarıstanım “Eksimbank”ı ilə Azərbaycanın “Paşabank”ı əməkdaşlıq edir”.

Əliyevin səfəri zamanı aviasiya ilə bağlı müvafiq sazişlərin imzalanması da gözlənilir.

Nazir Macarıstan "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini də diqqətə çatdırıb.

Nazirlər Macar televiziyasının müxbirinin prezident Barak Obamanın insan haqları və QHT-lərlə bağlı çıxışında Azərbaycan və Macarıstanın adını eyni sırada çəkməsi ilə bağlı sualına cavab verib.

Elmar Məmmədyarov bildirib ki, ABŞ prezidenti bir müddət əvvəl çıxışında Azərbaycan və Macarıstanın adını eyni siyahıda çəkməsi bir tərəfdən yaxşı haldır və bu onu göstərir ki, iki ölkənin bir sıra məsələlərdə, o cümlədən dövlətlərin inkişafında yanaşmaları üst-üstə düşür. Digər tərəfdən demokratiya barədə danışanda ehtiyatlı olmaq lazımdır.

"Bir ölkənin tamamilə mükəmməl, digərinin əksinə olmasını demək düzgün olmazdı. Biz Azərbaycanda inanırıq ki, inqilabdansa, evolyusiya yolu daha yaxşıdır. Bu insanın inkişafına sərmayə qoymağa imkan verir. İnqilab isə ölkənin inkişafını geri atır. Azərbaycan bir uğur hekayəsidir. Azərbaycan 23 ildir müstəqil dövlətdir və uğurlu inkişaf edən bir ölkəyə çevrilib. Gələcək nəsillər üçün çox yaxşıdır".

O fikrini möhkəmləndirmək üçün 200 azərbaycanlı tələbənin Macarıstanda oxuyacağını, ümumilikdə isə Azərbaycandan 5 min tələbənin xaricdə oxumaq üçün göndərildiyini bildirib.

Macarıstanın xarici işlər naziri deyib ki, macarlar azadlığı sevən insanlardır. "Biz on illərlə mübarizə aparmışıq, minlərlə insan itirmişik, Heç kim bizim azadlığımızı, demokratiyamızın səviyyəsini azalda bilməz", o qeyd edib.

Nazir Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün yekunları ilə bağlı sualın cavabında deyib ki, dekabrın əvvəlində İsveçrənin Bazel şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir.

Onun sözlərinə görə, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq görüşdə prezidentlərin növbəti görüşü barədə də müzakirələr aparıla bilər.

"Hər şey Ermənistan tərəfinin müsbət yanaşmasından asılıdır. Ermənistan deyir snayperlər cəbhə bölgəsindən çıxarılsın, biz deyirik icmalar arasında əlaqələr qurulsun. Ən önəmlisi isə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Bu olsa insidentlər də baş verməyəcək. Həmsədrlər də hesab edir ki, bunun olması münaqişənin nizamlanmasında vacib addım olacaq", o qeyd edib.

Nazirin dediyinə görə prezidentlərin Paris görüşü pozitiv addımdır. “Deyə bilmərik ki, bu görüşdə hansısa böyük nəyə isə nail olduq. Amma bir addımdır. Fransa prezidenti Fransua Ollandın Böyük Sülh sazişi üzərində işləməyin vaxtının çatmasını deməsi çox müsbət bir addımdır. Bu sazişin üzərində iş başlanmalıdır. Sülh bir gündə həll olunan məsələ deyil. Madrid prinsipləri var və bəzi məsələlər üzərində müzakirələr hələ başa çatmayıb. Biz Böyük Sülh Sazişi üzərində işləməklə yanaşı razılaşdırılmayan məsələlərlə bağlı müzakirələri davam etdirməliyik".

Prezidentlərin gələn ilin sentyabrında Nyu-Yorkda gözlənilən görüşünə gəlincə, Məmmədyarov bunun bir təklif kimi irəli sürüldüyünü vurğulayıb. “İndiyədək Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri görüşürdü, ancaq bundan sonra prezidentlərin görüşməsi barədə razılıq əldə edilib. Bununla yanaşı nizamlanma prosesində prezidentlərin görüşü üçün zərurət yaranarsa, görüşlər olacaq”, o qeyd edib.

XS
SM
MD
LG