Accessibility links

Rusiya tərəfdarı separatçılar ATƏT müşahidəçilərini azad edib


Ukraine
Ukraine

Ukraynanın şərqdinə Rusiya tərəfdarı separatçılar may ayını 29-dan saxladıqları ATƏT müşahidəçilərinin ikinci qrupunu azad edib.

Onlar cümə günü Ukrayna prezidentinin atəşkəsin bazar ertəsi gecəyə qədər daha 72 saat uzadılmasını elan etməsinin ardınca müşahidəçilərin birinci qrupunun azad edilməsinin sonra azadlığa buraxılıblar. Ölkənin şərqindəki Slavyansk şəhəri yaxınlığında Ukrayna hərbi qüvvələrinin üç üzvünün üsyançıların hücumu nəticəsində ölməsindən sonra atəşkəs davam etdirilməsi təhlükə altına alınmışdı.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, ATƏT monitorinq qrupunun üzvləri olan üç kişi və bir qadın silahlı şəxslər tərəfindən Donetsk şəhərində mehmanxanaya gətirilib.

ATƏT-in monitorinq qrupu Ukraynanın şərqində böhranın həllinə dair aprel ayında Cenevrədə əldə edilmiş razılığa əməl olunmasına müşahidə etmək məqsədilə bölgəyə göndərilmiş 300 nəfərlik daha böyük qrupun bir hissədir.

Müşahidəçilərin hansı şəraitdə saxlanması ilə bağlı detallar məlum deyil. Atəşkəsin uzadılmasını elan edən prezident Poroşenko tərəflərin saxladığı “girovlar”ın azad edilməsinə çağırıb.

Brüsseldə Avropa İttifaqının sammitində azad ticarətə dair tarixi müqaviləyə imza atdıqdan sonra Kiyevə qayıdan Petro Poroşenko atəşkəsin uzadılmasını Avropa liderlərinin tövsiyələrinə əsasən elan edib.

XS
SM
MD
LG