İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbrizdə fəaliyyət göstərən “Laçın” qrupunun İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını alıb.
“Laçın” qrupu 1998-ci ildə yaradılıb. Qrupun əsas fəaliyyəti azərbaycanlı uşaqlara pulsuz ana dili kursları təşkil etmək, onlara Azərbaycan rəqs və musiqisini öyrətmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
“Media forum” saytı xəbər verir ki, “Laçın” qrupunun üzvlərindən olan Bağır İbrahimpur mayın 28-də ETTELAAT-ın Təbriz şöbəsinə çağırılaraq dindirilib. Ona deyiblər ki, “Laçın” qrupunun üzvləri İstanbula aldıqları biletləri qaytarmalı, festivala qatılmaqdan imtina etməlidirlər.
Qrup üzvləri İstanbula səfəri mayın 29-na planlaşdırıbmış.
ETTELAAT əməkdaşları mayın 26-da məsələ ilə əlaqədar Bağır İbrahimpurun mənzilində və iş yerində yoxlamalar aparıb, onun kompüterini, disklərini, kitablarını və bir sıra digər şəxsi əşyalarını götürüblər. Fəala mayın 31-də yenidən ETTELAAT idarəsinə gəlmək tapşırılıb.
“Laçın” qrupu 2009-cu ildən bu yana hər il İstanbulda keçirilən Türk Dünyası Uşaq Festivalında iştirak edib.