Azərbaycanda 9 May – Qələbə Günü qeyd edilir. Qələbə Günü Azərbaycan rəsmi bayramdır və ölkədə iş günü deyil.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, veteranlar, ictimaiyyət təmsilçiləri iştirak edib.
Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi önünə əklil qoyub, veteranlarla görüşüb, müharibədə həlak olanlar yad edilib.
Azərbaycan prezidentinin sərəncamı ilə 1941-1945-ci illərdə müharibəsi iştirakçılarına, həlak olmuş və ya müharibədən sonrakı illərdə vəfat etmiş döyüşçülərin ailə üzvlərinə, arxa cəbhədə çalışmış şəxslərə birdəfəlik yardım üçün 7,6 milyon manat ayrılıb.
1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərilib. İkinci Dünya Müharibəsi dövründə cəbhədə 300 mindən çox azərbaycanlı həlak olub.
Qələbənin əldə edilməsində Bakı neftinin mühüm rolu olub. Müharibə illərində Azərbaycanda 75 mln. ton neft hasil olunub. Keçmiş SSRİ üzrə benzinin 80 %-i, liqroinin 90 %-i, sürtkü yağlarının 96 %-i Azərbaycanda istehsal edilib. Müharibədə iştirak edən beş təyyarədən, beş tankdan, beş nəqliyyat vasitəsindən dördü Bakı neft emal zavodlarında istehsal edilmiş, Bakı mədənlərindən hasil olunmuş yanacaqla çalışıb.
İkinci Dünya Müharibəsində Almaniya tərəfindən də cəbhələrdə minlərlə azərbaycanlı döyüşüb. Onların əksəriyyəti 1918-1920-ci illərdə müstəqil Azərbaycan Respublikası Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra mühacirətə gedənlər olub. Bu insanlar Azərbaycanın Sovet Rusiyasının işğalından azad ediləcəyinə və müstəqilliyinin bərpa ediləcəyinə ümid edərək döyüşlərə qatılıb.