Accessibility links

Məhəmməd Əhmədizadə: Güneyli və türkiyəli uşaqlarla birgə musiqi festivalı təşkil etdik [Audio]


Məhəmməd Əhmədizadə
Məhəmməd Əhmədizadə
Türkiyədə mühacirətdə yaşayan təbrizli musiqiçi və uşaqlara musiqi tədrisi üzrə mütəxəssis Məhəmməd Əhmədizadə Amerikanın Səsinə müsahibə verib. Musiqi müəllimi güneydə və Türkiyədə apardığı fəaliyyətlər, güneydə uşaq musiqisi və uşaqlara musiqi təliminin durumu, habelə İran İslam Respublikasının musiqi sahəsində tətbiq etdiyi məhdudiyyətləri şərh edib.
Təbrizli musiqiçi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:21:54 0:00
Direct link

2008-ci ilədək, Təbriz və ətraf bölgələrdə musiqi çalışmaları, o cümlədən uşaqlara musiqi təlimi ilə məşğul olmuş Əhmədizadə Türkiyəyə köçdükdən sonra da fəaliyyətlərini eyni istiqamətdə davam etdirib. O, hazırda Ankara şəhərinin musiqi məktəblərində uşaqlara kamança, skripka (violin) və gitara öyrətməklə yanaşı Ankara Universitetində Türk musiqisi bölümündə təhsil alır.
Məhəmməd Əhmədizadə şagirdləri ilə birlikdə
Məhəmməd Əhmədizadə şagirdləri ilə birlikdə
Ankara şəhərində Uşaq Orkestri və uşaqlar üçün musiqi festivalı kimi proqramlar təşkil edən Məhəmməd Əhmədizadə güneyli uşaqları da həmin programlara dəvət edib.

“Uşaq musiqi festivalında güneyli və türkiyəli uşaqların orkestrdə birgə musiqi ifa etmələri hər iki qrup üçün çox yararlı oldu. Uşaqlar bir-birləri ilə tanışıb və səhnəyə çıxıb musiqi ifa etməyi təcrübə etdilər. Güneydən gələn uşaqlar orkestrə ayrı bir rəng qatdılar,” deyə güneyli musiqiçi söyləyir.

Məhəmməd Əhmədizadənin sözlərinə görə, İran İslam Respublikasının güneydə musiqi fəaliyyətləri sahəsində tətbiq etdiyi məhdudiyyətlər bəzən dözülməz olur. O hazırda həbsdə olan Həsən Dəmirçinin məruz qaldığı basqılara diqqət çəkib, ancaq daha az tanınan musiqiçilərin daha çox müdafiəsiz olduğunu vurğulayıb.
Xüsusilə musiqinin icra və ifası ilə bağlı problemlərimiz çox idi. Mən əkinçilik nazirliyində bir araşdırmaçı kimi işləyirdim, musiqi fəaliyyətlərim üzündən işimdən qovuldum.
Məhəmməd Əhmədizadə
“Xüsusilə musiqinin icra və ifası ilə bağlı problemlərimiz çox idi. Mən əkinçilik nazirliyində bir araşdırmaçı kimi işləyirdim, musiqi fəaliyyətlərim üzündən işimdən qovuldum... Artıq məişətimizi musiqi fəaliyyəti ilə təmin etməliydim, lakin sonra bu da mümkün olmadı,” deyə o 2008-ci ildə Türkiyəyə köçməyə məcbur olduğunu söyləyir.

Musiqiçi həmçinin güneyli uşaqlar üçün musiqi təlimi həmçinin türk dilində mahnıların ifası və yayılması ilə bağlı çətinliklər və məhdudiyyətlər haqqında danışır.

Məhəmməd Əhmədizadə hazırda Ankara Universitetində magistr dərəcəsi elmi işi olaraq Türk və İslam dünyasının böyük alimlərindən biri kimi tanınan Əbdülqədir Marağalının yaradıcılığı üzərində çalışır. Əslən İran Azərbaycanının Marağa şəhərindən olan musiqişünas alim XIV-XV əsrlərdə yaşayıb.
XS
SM
MD
LG