Accessibility links

Məcid Xoşəxtər: Ana Dili Günü ilə bağlı tutulanlar işgəncəyə məruz qalıb


Məcid Xoşəxtər
Məcid Xoşəxtər
Güneyli jurnalist Məcid Xoşəxtər Dünya Ana Dili Günü ilə bağlı keçirilən tədbirlərin İran polisi və təhlükəsizlik qurumularının basqınına məruz qaldığını bildirib. Amerikanın Səsinə müsahibədə cənab Xoşəxtər iştirakçıların kütləvi şəkildə həbs edilməsindən sonra güneyli fəalların artıq türk dilində təhsil xüsusunda Həsən Ruhani hökümətinin verdiyi sözlərə inanmadığını deyib.

Jurnalist Məcid Xoşəxtərin son həbslərlə bağlı Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:14:48 0:00
Direct link

İran Azərbaycanında son həbslərlə bağlı sənədlər və ətraflı məlumat yayan Oyan News veb səhifəsinin baş redaktoru hazırda həbsdə saxlanılanların durumu və azad olan fəalların nə şəkildə sərbəst buraxılmasını şərh etməklə yanaşı, Oyan News-un Əhər şəhərində tutulan fəalların işgəncə edilməsinə dair yaydığı sənəd haqqında da danışıb.

Həbs edilmiş fəallar
Həbs edilmiş fəallar
“Oyan News saytı olaraq muxtəlif şəhərlərdə nəzarət altına alınanlardan təqribən 80 nəfərin adını dəqiqləşdirmişik. Ən geniş həbs dalğasının baş verdiyi Əhərdə 70-ə yaxın, Tehranda 4, Məlikan şəhərində iki, Binab şəhərində bir, Muğan bölgəsində isə həbs edilən iki fəalın adı yayılıb,” deyə güneyli fəal bildirib.

Söyüş verib, təpik, sillə və yumruqla döyüb, dəyənəklə başımıza, şallaqla bədənimizə vurub, başımız və üzümüzü duvara və qapıya çarparaq bizdən yalan etiraf alıb və bu etirafları imzalamağa məcbur etdilər.
Məhbusların məktubundan
İran polisi və ya təhlükəsizlik əməkdaşlarının həbslərin həyata keçirildiyi bütün şəhərlərdə icazəsiz şəkildə evlərə basqın etdiyini qeyd edən cənab Xoşəxtər məhbusların həmçinin məmurlar tərəfindən təhqir və işgəncəyə məruz qaldığını vurğulayıb.

Onun dediklərinə görə, Əhərdə həbs edilənlərin bir çoxu vəkalət (dövlət işçisi olan bir yaxını tərəfindən zəmanət edilmək) yolu ilə azadlığa buraxılıb. Ancaq bəzi fəalların sərbəst buraxılması üçün yüksək məbləğli zəmanət istənilib. Bu fəallar isə hər hansı bir günah işləmədiklərini söyləyir və zəmanəti verməkdən imtina edirlər.

Güneyli jurnalist Əhər və digər şəhərlərdə həbs edilənlərin işgəncəyə məruz qaldığı ilə bağlı ətraflı məlumat verib. O, həmçinin Oyan News-un nəşr etdiyi Əhərdə həbs edilən 7 fəala qarşı işgəncəyə dair etiraz məktubu haqqında danışıb.

Milli fəallar Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi, İbrahim Nuri, Behzad Əbdi, Əkbər Abulzadə və Abbas Nəzəri Əhər Ədliyyəsinin prokuroruna unvanlanladıqları məktubda işgəncəyə məruz qalaraq etiraf vərəqələrini imzalamağa məcbur edildiklərini qeyd ediblər.

Bəzi fəalların sərbəst buraxılması üçün yüksək məbləğli zəmanət istənilib. Bu fəallar isə hər hansı bir günah işləmədiklərini söyləyir və zəmanəti verməkdən imtina edirlər.
Məcid Xoşəxtər
“Təhqirdən başqa təpik, sillə və yumruqla döyüb, dəyənəklə başımıza, şallaqla bədənimizə vurub, başımız və üzümüzü divara və qapıya çarparaq bizdən yalan etiraf alıb və bu etirafları imzalamağa məcbur etdilər,” deyə məktubda qeyd edən fəallar prokurorluqdan işgəncə hallarını dəyərləndirmək üçün Zindana ekspert göndərilməsini tələb ediblər.

Məcid Xoşəxtər Ana Dili Günü həbslərindən əlavə başqa səbəblər üzündən həbs və mühakiməyə məruz qalan bəzi fəallar haqqında da danışıb. O, şair İlqar Müəzzinzadə və milli fəal Əli Xeyrucunun daha öncə məhkum olduqları həbs müddətini keçirmək üçün zindana göndərilmələri, Traktorsazi - Əl-İttihad oyununda bir neçə tərəfdar, o cümlədən Mehdi Sadiqinin həbs edilməsi, habelə təbrizli fəal Əli Cəmşidinin Təbriz İnqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum olması ilə bağlı məlumat verib.
XS
SM
MD
LG