Accessibility links

Nüşabə Fətullayeva: Azərbaycanda yerli media korrupsiyanı araşdırmaqdan çəkinir [Video-Müsahibə]


Nüşabə Fətullayeva Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Nüşabə Fətullayeva Amerikanın Səsinə danışır

“Heç vaxt ağlıma gəlməzdi ki, mən korrupsiya hallarını araşdıracaq jurnalist olacağam. Amma Azərbaycanda apardığım jurnalist tədqiqatları məni bu istiqamətə yönəltdi,” deyə Nüşabə Fətullayeva regionlardakı araşdırmalar zamanı yerli əhali arasında ingilis şirkəti kimi tanınan şirkətin sonradan prezident İlham Əliyevin ailəsinə mənsub olduğunu aşkar etdiyini bildirir.

Azadlıq Radiosunun əməkdaşı bu sözləri Vaşinqtonda təşkil olunmuş “Azərbaycanda Araşdırmaçı Jurnalizm” başlıqlı tədbirdə səsləndirdi. Nüşabə xanımın sözlərinə görə Azərbaycanda tətbiq olunan yeni qanunlar və praktika müstəqil jurnalistikanın inkişafına mane olur, araşdırmaçı jurnalizmin qarşısını alır. Təqib və təzyiqlərlə üzləşidklərinə görə yerli media nümayəndələri korrupsiya hallarının araşdırmaqdan çəkinirlər və çox vaxt bu vəzifə azsaylı müstəqil media orqanlarından olan Azadlıq Radiosunun üzərinə düşür.

Nüşabə Fətullayeva ilə bərabər tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kauzlariç, Jurnalistlər üçün Beynəlxalq Mərkəzin proqram məsləhətçisi Hans Stayger və Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatları Layihəsinin (OCCRP) redaktoru Drew Sullivan Azərbaycanda korrupsiya sahəsində aparılan jurnalist araşdırmalardından və bu səylərin üzləşdiyi çətinliklərdən danışdılar.

Tədbirə internet bağantısı ilə qoşulan Drew Sullivan Azərbaycan kimi bir sıra ölkələrdə cəmiyyətə nəzarətin yeni mexanizminin meydana çıxmasından danışdı. Onun sözlərinə görə İlham Əliyev kimi avtoritar dövlət başçıları ölkədə təkcə siyasi hakimiyyətə deyil, həm də iqtisadiyyata tam nəzarət etməyə çalışırlar. Bu isə müxtəlif adlar altında prezidentə məxsus onlarla şirkətin yaranmasına, ölkənin əsas iqtisadi sektorlarının bir əldə cəmləşməsinə gətirib çıxarır. Avtoritar dövlətlərdə liderlər hakimiyyətlərini qorumaq üçün millətçi ritorikaya üz tutur, biznes maraqlarını genişləndirir və mütəşəkkil cinayətkar qruplarla sıx təmasda olurlar.

Sabiq səfir Riçard Kauzlariç son zamanlar Azadlıq Radosunun jurnalisti Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamları və polis təzyiqlərini pisləyərək, bu növ səylərin müstəqil jurnalizmi hədəf aldığını bildirdi. Cənab Kauzlariç əmin olduğunu bildirdi ki, İlham Əliyev hökumətinin bu cür addımları ABŞ-ın Azərbaycanla strateji münasibətlərinə tədricən təsir göstərəcək.

Nüşabə Fətullayeva artıq bir neçə həftədir ki, Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatları layihəsinin təqaüdçüsü qismində Birləşmiş Ştatlarda səfərdədir,
Tədbirin ardınca Amerikanın Səsinə müsahibə verən Nüşabə xanım Vaşinqtonda Azərbaycanda jurnalistikanın durumuna dair keçirilən tədbirin faydası, iştirak etdiyi proqram və jurnalist Xədicə İsmayılovaya qarşı ittihamlar haqda danışdı.
XS
SM
MD
LG