Accessibility links

Hüseyn İsalı: Urmiyə Gölü problemini seminar keçirməklə həll etmək olmaz [Audio]


Hüseyn İsalı
Hüseyn İsalı
“Seminarlar və konfranslar Urmiyə gölü problemini həll etməz, layihə planları hazırlanmalı, əməli addımlar atılmalıdır,” deyə İstanbul Universitetinin su hövzələri idarəsi üzrə elmlər doktoru Hüseyn İsalı Amerikanın Səsinə müsahibədə Urmiyə Gölünün təbii amillərdən deyil, yanlış idarəetmə siyasəti üzündən quruduğunu söyləyir.

Hüseyn İsalı Urmiyə Gölünün durumu haqda danışır
please wait

No media source currently available

0:00 0:19:52 0:00

Seçki kampaniyalarında Urmiyə Gölünü qurumaqdan qurtaracağına dair vədlər verən Həsən Ruhani prezidentliyə seçildikdən sonra İranın Azərbaycan vilayətlərində yaşanan bu ekoloji fəlakət ilə bağlı ölkən daxili həmçinin xaricdə seminarlar və konfranslar təşkil edilib, ancaq İran mediası və bölgənin millət vəkillərinə istinadən indiyədək əməli bir addım atılmayıb.

Peykdən baxış: Van Gölü və Urmiyə Gölü
Peykdən baxış: Van Gölü və Urmiyə Gölü
​Hüseyn İsalının sözlərinə görə, illərdir ortaya çıxmış Urmiyə Gölü probleminə bu günə qədər bir çıxış yolu tapılmamasının səbəbi elmin çatışmazlığı deyil, əsas problem vahid və ardıcıl idarəetmə sisteminin olmamasıdır.

“Bu fəlakətdən qurtulmaq üçün layihə planları hazırlanmalı və əməli addımlar atılmalıdır, yoxsa bu problem seminar keçirmək, konfranslar təşkil etməklə həll olunmayacaq,” deyə güneyli akademik söyləyir.

“Urmiyə Gölünün təbii quraqlıq nəticəsində qurumasını qəbul etmək üçün bu gölün ətrafında çox cidd bir quraqlıq və böyük iqlim dəyişikliyinə şahid olmalıydıq, səhralar və çöllərdəki iqlim kimi, ancaq belə bir şey olmayıb,” deyə o, Urmiyə Gölünün bölgədə iqlim dəyişikliyi və quraqlıq üzündən quruduğunu irəli sürənlərə cavab verir.

Urmiyə Gölünün təbii quraqlıq nəticəsində qurumasını qəbul etmək üçün bu gölün ətrafında çox cidd bir quraqlıq və böyük iqlim dəyişikliyinə şahid olmalıydıq, səhralar və çöllərdəki iqlim kimi, ancaq belə bir şey olmayıb.
İran dövləti artıq gölə axan çayların üzərində yeni bəndlər tikməyəcəyini bildirib. Güneyli ekspert isə bunun yetərli olmadığını və əlavə olaraq keçmişdə tikilən bəndlərin açılmasının lazim olduğunu vurğulayıb.

“Sədlərin bu ekoloji fəlakətin ortaya çıxmasına səbəb olan əsas amillərdən olması məlum olduğu bir halda, yeni sədlər tikilməyəcək şəklində bir açıqlama utanc vericidir. Əlbəttə ki yeni sədlər olmamalıdır və üstəlik bunun yanında öncədən tikilən sədləri açıb Urmiyə gölünün su haqqını verməlidirlər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG