Saleh Kamrani deyir ki, 1945-46 illərdə qurulan Azərbaycan Milli Hökümətinin qanunlarında mövcüd olan insan haqları anlayışı bu gün İranda yayımlanan Vətəndaşlıq Haqları Nizamnaməsindən daha mütərrəqi idi. Amerikanın Səsinə müsahibədə güneyli hüquqşünas prezident Həsən Ruhani hökümətinin nəşr etdiyi Vətəndaşlıq Haqları Nizamnaməsinin ilkin layihəsini və onun hüquqi mahiyyətini qiymətləndirib.
Bir çox hüquq müdafiəçisi yayılan nizamnaməni kəskin tənqid edib və onun sadəcə təbliğat məqsədi daşıdığını irəli sürür. Saleh Kamrani isə deyir ki, vətəndaşlıq haqları ilə bağlı layihələrin keçmişi Qərb ölkələrinin insan haqları bəyannamələrindən öncəki dönəmdən başlayır.
“İnsan hüquqları bəyannaməsinin birinci nəslinin qüvvəyə minməsindən uzun illər keçdiyi və insan haqları söyləminin inkişaf etdiyi bir dövrdə vətəndaşlıq haqları üzərində durmaq geriyə doğru bir addım sayılar,” deyə güneyli vəkil söyləyib.
Cənab Kamrani Ruhani hökümətinin yayımladığı nizamnamənin hüquqi baxımdan elə də önəmli olmadığına inanır. “İranda qanunvericilik orqanı məclisdir. Nazirlər də muxtəlif mövzularla bağlı məclisə layihələr təqdim edə bilər, ancaq bu nizamnamə nə dövlət qərarı, nə məclisə göndəriləcək bir layihədir. Bu sadəcə vətəndaşlıq hüquqları ilə bağlı hökümətin baxışını irəli sürən və icra qarantisi olmayan bir sənəddir,” deyə o, bildirir.
Saleh Kamrani əlavə edir ki, İranda insan haqlarını pozan qurumların əksəriyyəti, o cümlədən İran polisi və məhkəmə hakimiyyəti hökümətin nəzarətində olmayan orqanlardır.
Hüquq müdafiəçiləri İran prezidentinin rəsmi veb səhifəsində yayılan 20 səhifəlik nizamnamə layihəsind “insan haqları” terminindən istifadə edilməməsinə diqqət çəkiblər. Saleh Kamraninin fikrincə, hökümət insan haqları terminindən qəsdən istifadə etməyib:
“Bu gün inkişaf etmiş insan haqları anlayışı sadəcə müəyyən ölkələri deyil, bütün dünyanı əhatə edən bir anlayışdır. Ancaq totalitar rejimlər insan haqlarının nisbi olduğu və ölkədən ölkəyə dəyişildiyini irəli sürür. Buna görə də, beynəlxalq insan haqları anlayışını görməzdən gəlirlər.”
Sənəddə qeyri-farslar cəmiyyətlərin hüquqları ilə bağlı konkret bir məqam yoxdur. “Qeyri-farslara çox az və umumi şəkildə toxunulub. Dil haqqına işarə edib, ancaq icra zəmanəti verilməyib. Əslində belə zəmanəti vermək də hökümətin ixtiyarında deyil,” deyə azərbaycanlı vəkil bildirib.
Saleh Kamrani bu sənədin əsasının ayrı-seçkilik üzərinə qurulduğunu vurğulayır. Onun sözlərinə görə, nizamnamə bütün vətəndaşların hüququna şiə təfəkkürü istiqamətində yanaşır.
Kamrani sənədin konsepsual baxımdan dəyərsiz olduğunu vurğulasa da, ölkədə uzun zamandır pozulmaqda olan bəzi hüquqları gündəmə gətirməsi baxımından nizamnamənin yayılmasını müsbət dəyərləndirib.
Bəzi güneyli fəallar ictimai şəbəkələrdə yeni nizamnaməni 1945-46 illərdə İran Azərbaycanında qurulan Seyid Cəfər Pişəvəri hökümətinin qanunları ilə müqayisə ediblər.
“Güney Azərbaycan Milli Hökümətinin dönəmi birinci nəsil insan haqlarının dövrü idi. Milli hökümətin qanunları isə mütərəqqi insan haqları anlayışı üzərində qurulmuşdu. Milli hökümət İnsanları dini inanclarına görə bölmürdü. Qeyri-türklər daxil bütün insanların fərdi haqlarının mütərrəqqi şəkildə qorunmsı ilə yanaşı, muxtəlif etnik və dini cəmiyyətlərin kolektiv hüquqları da təmin edilirdi,” deyə güneyli vəkil söyləyib.
Bir çox hüquq müdafiəçisi yayılan nizamnaməni kəskin tənqid edib və onun sadəcə təbliğat məqsədi daşıdığını irəli sürür. Saleh Kamrani isə deyir ki, vətəndaşlıq haqları ilə bağlı layihələrin keçmişi Qərb ölkələrinin insan haqları bəyannamələrindən öncəki dönəmdən başlayır.
“İnsan hüquqları bəyannaməsinin birinci nəslinin qüvvəyə minməsindən uzun illər keçdiyi və insan haqları söyləminin inkişaf etdiyi bir dövrdə vətəndaşlıq haqları üzərində durmaq geriyə doğru bir addım sayılar,” deyə güneyli vəkil söyləyib.
Bu sadəcə vətəndaşlıq hüquqları ilə bağlı hökümətin baxışını irəli sürən və icra qarantisi olmayan bir sənəddir.