“Səid ancaq səkkiz il həbs müddətini keçirdikdən sonra zindandan çıxacağını gözləyir,” deyə güneyli siyasi məhbus Səid Mətinpurun xanımı bildirib. Amerikanın Səsinə müsahibə verən Ətiyə Tahiri Tehranın Evin zindanında saxlanılan həyat yoldaşının İranda siyasi məhbusların durumunun yaxşılaşması ilə bağlı ümidli olmadığını qeyd edib.
BMT Baş Assambleyasının üçüncü komitəsi noyabrın 19-da İranda insan haqlarının pozulması ilə bağlı bir qətnamə qəbul etsə də, Həsən Ruhaninin prezident seçilməsindən sonra apardığı bəzi islahatları müsbət dəyərləndirib. Ancaq bir çox insan haqları təşkilatları Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İranda insan haqlarının yaxşılaşması haqda deyilənləri rədd edir.
İllərdir Evin zindanında həbsdə olan güneyli jurnalist, yazar və hüquq müdafiəçisi Səid Mətinpur ilə bağlı durumun dəyişmədiyini söyləyən Ətiyə Tahiri də ümumiyyətlə siyasi məhbuslarla bağlı vəziyyətin yaxşılaşdığını güman etmir.
“Səid artıq həbsinin altıncı ilinə girib. Bu günə qədər onun məzuniyyət (mürəxxəslik) hüququndan istifadə etməsinə icazə verməməklə yanaşı İran qanunvericiliyində nəzərdə alınmış şərtli azadlıq tələbləri də cavabsız buraxılıb,” deyə Ətiyə bildirir.
Səid Mətinpurun səhhəti keçmişdə ürək xəstəliyi üzündən neçə dəfə ağılrlaşıb və bundan əlavə mədə və onurğasında da problemlər yaşamışdır, ancaq həyat yoldaşının dediklərinə əsasən, bu neçə il ərzində cənab Mətinpurun mütəxəssis həkim tərəfindən müayinə edilməsinə icazə verilməyib.
“Ümumiyyətlə zindanda heç bir məhbusun sağlamlıq durumu yaxşı olmur... Onların mədələri narahatdır, dişləri xarab olur və soyuqdan əziyyət çəkirlər,” Ətiyə xanım vurğulayır. “Dəyişən tək bir şey olub; İran qanunlarında bir məhbus ayda bir dəfə ailəsi ilə üzbəüz görüşmə hüququna sahib olsa da, keçmişdə bunun qarşısında bir çox maneələr törədilirdi, artıq maneə yaratmırlar. Bundan başqa heç dəyişməmiş.”
“Siyasi məhbuslarla bağlı vəziyyətin dəyişməsi tək bir orqanın əlində deyil. Qərarlar bir neçə parallel orqan tərəfindən verilir,” deyə Ətiyə Tahiri yaxın gələcəkdə siyasi məhbusların durumunun yaxşılaşacağını güman etmir.
Səid Mətinpurun siyasi fəallığının əsasında milli qürur, vətənpərvərlik hisslərinin dayandığını deyən Ətiyə xanım əlavə edir: “Səid bir insan haqları müdafiəçisi, ana dilini, türk kültürü və türk millətini sevən birisidir.”
O, jurnalistin 2007-ci ildə 9 ay ərzində İranın Ettelaat həbsxanalarının təkadamlıq kameralarında çəkdiyi əziyyət və məruz qaldığı qanunsuzluqları xüsusilə vurğulayır.
“Səid 2007-ci ilin mayında tutulduqdan sonra 9 ay təkadamlıq kamerada saxlanıldı. Ondan görmədiyi işlərlə bağlı etiraf istəyirdilər. Səid görmədiyi işləri boynuna almadığı və yalan etiraf vermədiyi üçün uzun həbs hökmü ilə məhkum edildi...
Müstəntiq Səidi əməkdaşlıq etmədiyi təqdirdə 8 il həbsə məhkum etməklə təhdid etmişdi, sonra tam da müstəntiqin söylədiyi kimi Hakim Sələvatinin Səidi 8 il həbsə məhkum etməsi bizi şok etdi. Səidin həbs hökmü əslində məhkəmə deyil İranın təhlükəsizlik qurumları tərəfindən yazıldı.”
Ətiyə xanım Evin zindanında aclıq aksiyasi keçirən təbrizli musiqiçi İsmail Bərzigəri ilə bağlı həyat yoldaşının yaymış olduğu məktub haqqında da Amerikanın Səsi məlumat verib: “Səid İsmayıl Bərzgərinin durumu ilə bağlı çox narahatdır. Onun, zindanda psixoloji problemlərlə üzləşdiyi, dəfələrlə ürəkkeçməsi yaşadığını deyir. Bir səfərində ürəkkeçməsi yaşayanda dişləri sınıb.” Həyat yoldaşının sözlərinə görə, məhbusların həyatı hər zaman Səidin diqqətində olub. “Hər məhbus hər hansı düşüncəyə bağlı olur olsun, sağlıq təhlükəsi ilə qarşılaşsa Səid səssiz qalmır,” deyə o, Amerikanın Səsinə bildirir.
BMT Baş Assambleyasının üçüncü komitəsi noyabrın 19-da İranda insan haqlarının pozulması ilə bağlı bir qətnamə qəbul etsə də, Həsən Ruhaninin prezident seçilməsindən sonra apardığı bəzi islahatları müsbət dəyərləndirib. Ancaq bir çox insan haqları təşkilatları Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İranda insan haqlarının yaxşılaşması haqda deyilənləri rədd edir.
İllərdir Evin zindanında həbsdə olan güneyli jurnalist, yazar və hüquq müdafiəçisi Səid Mətinpur ilə bağlı durumun dəyişmədiyini söyləyən Ətiyə Tahiri də ümumiyyətlə siyasi məhbuslarla bağlı vəziyyətin yaxşılaşdığını güman etmir.
Ümumiyyətlə zindanda heç bir məhbusun sağlamlıq durumu yaxşı olmur... Onların mədələri narahatdır, dişləri xarab olur və soyuqdan əziyyət çəkirlər.