BMT Baş Assambleyası 25 noyabrı Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi müəyyən edib. Bu münasibətlə Amerikanın Səsinə müsahibə verən güneyli yazar və mədəni fəal Sevil Süleymani məişətdə fiziki zorakılıqların törədilməsinə səbəb olan amilləri təhlil edib.
Sevil Süleymaninin sözlərinə görə, cəmiyyətdə umumiyyətlə zorakılıqdan bəhs edəndə çox zaman sadəcə onun fiziki aspekti nəzərdə tutulur, qadınlara qarşı zorakılıqlar fiziki hücumla məhdudlaşmır.
“Bizim cəmiyyət adətən sadəcə fiziki təzyiqi işgəncə və zorakılıq olaraq görür. Ancaq qadınlara qarşı tətbiq edilən təzyiqlərin bir çox növü vardır. Qadın bu cəmiyyətdə psixoloji, iqtisadi və ictimai zorakılığa məruz qalır. Söyüş, təhqir, ailə ilə görüşməyə qadağa qoymaq, ictimai və siyasi fəaliyyətlərə mane olmaq kimi məhdudiyyətlərin hamısı zorakılıq sayılar,” deyə Amerikada mühacirət həyatı yaşayan güneyli fəal fikrini ifadə edir.
Xanım Süleymaninin sözlərinə görə, cəmiyyətlərdə zorakılığın tarixi kökləri vardır, güc və hakimiyyətin mövcüd olduğu hər yerdə zorakılıq və təzyiq mövcüddür. Onun fikrincə, hakimiyyətlər tarix boyunca dominant din və dil vasitəsilə zorakılığı toplumda təşviq ediblər. O, həmçinin qadınlara qarşı tətbiq edilən zorakılıqla əlaqəli kişilərin rolunu müzakirə edib.