İyul ayında haqqında altı ay həbs hökmü çıxarılmış tanınmış azərbaycanlı musiqiçi və musiqi müəllimi Həsən Dəmirçinin bu gün noyabrın 4-də Təbrizdəki evində nəzarət altına alındığı haqda xəbər verilir. Onun haraya aparıldığı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Azərbaycan veb səhifələrinin verdiyi məlumata istinadən, onun həbsi hökmə əsasən həbs müddətini çəkməklə əlaqədar ola bilər.
İnqilab Məhkəməsinin hakimi Bağırpurun iyul ayında çıxardığı hökmə görə, Həsən Hərgülü və Həsən Azərbaycan adları ilə də tanınan musiqiçi “İrana müxalif olan etnik qrupların xeyrinə müqəddəs İran İslam Respublikası nizamına qarşı təbliğat” aparmaqda ittiham olunmuşdu.
Məhkəmə sənədində yazılıb ki, cənab Dəmirçi “icazə almadan musiqi sinifləri təşkil etmək və gizli musiqi tədris etmək”, “Türkiyədə və ölkə daxilində BMT-dən İran Azərbaycanında referendum keçirilməsi tələbi ilə təşkil edilən toplantılara qatılmaq”, “səlahiyyətli orqanlardan icazə almadan əhalidən ianə toplamaq” və “həbsdən azad olmuş separatçı fəallarla toplu şəkildə görüşmək” kimi fəaliyyətlərlə bağlı olaraq altı ay həbsə məhkum edilib.
Sənəddə qeyd edildiyi kimi, “əhalidən ianə toplanılması” cənab Dəmirçinin ötən il Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən zəlzələ zamanı apardığı fəaliyyətlərlə bağlıdır.
Milli-mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs, təqib və təhdidlərlə üzləşib, musiqi mərkəzinin qapadılması kimi basqılara məruz qalan Həsən Dəmirçi İran Azərbaycanından başqa Türkiyə və Avropada keçirilən müxtəlif mərasimlərdə öz musiqi qrupu ilə birlikdə Azərbaycan mahnılarını ifa edib. “Muğam; öyrəncilər üçün” kitabının müəllifi həmçinin Türkiyə Radio Televiziya Qurumunun (TRT) yayımladığı musiqi proqramlarında iştirak edib.