Həftələrlə davam edən siyasi qarşıdurma Konqresdə bir neçə saat ərzində sürətlə cərəyan edən proseslər nəticəsində başa çatdı.
Senat və Nümayəndələr Palatasında Respublikaçıların bir kəsimi və Demokratlar bir araya gələrək hökumət bağlantısına son qoymağa və ümummilli borc tavanını qaldırmağa səs verdilər. Bununla belə, qarşıdan gələn aylarda büdcə üzərində mübahisələrin davam edəcəyi gözlənilir.
Respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatası Senatın razılaşdırdığı qanuna öz möhürünü vurdu. Lakin qanunun qəbul edilməsində əsas rolu əksəriyyəti onun əleyhinə səs vermiş Respublikaçılar deyil, yekdilliklə sənədə səs verən Demokratlar oynadılar.
Prezident Barak Obamanın öz imzası ilə qüvvəyə mindirdiyi qanun ABŞ federal hökumət idarələrinin öz fəaliyyətlərini dərhal bərpa etməsinə imkan yaradır.
Səsvermə federal hökumətin öz borclarını ödəmək üçün malik olduğu vəsaitin qurtarmaq üzrə olduğu məqama təsadüf edir. Əgər Konqres borc tavanını qaldırmasaydı, bu, ABŞ hökumətinin öz borclarında defolt etməsi anlamına gələcəkdi.
Hazırkı xərcləmələrin 15 yanvaradək qüvvədə qalmasına rəğmən borc tavanı fevralın 7-dək uzanacaq.
Büdcə böhranının başlıca səbəbi Respublikaçıların prezident Obamanın həyata keçirdiyi səhiyyə islahatlarına zidd çıxmalarıdır. Müxalifətçilər "Obamacare" adı ilə tanınan proqramın hökumət xərclərini artıracağını, iqtisadiyyata zərər vuracağını və səhiyyə xidmətlərinin keyfiyyətini endirəcəyini iddia edirlər.