Accessibility links

Urmiyə zindanında 5 kişi və 3 qadın edam edilib


İnsan haqları qruplarının yaydığı məlumata istinadən, ötən günlərdə üçü qadın olmaqla beş nəfər Urmiyə mərkəzi zindanında asılaraq edam edilib. Məlumata istinadən edam edilənlər narkotik qaçaqmalçılığında günahlandırılıb.

İranda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyi ötən çərşənbə asılan dörd kişinin adlarını açıqlayıb: Aydın Səlamət, Firuz Mədəni, Rəsul Kəlhür, Bəhram Təbəri və Abdullah Quddusi. Edam edilən üç qadının kimliyi ilə bağlı məlumat yayılmayıb.

Son bir neçə ay ərzində Urmiyə, Ərdəbil və Təbrizin mərkəzi zindanlarında icra edilən edam hökmlərin sayının kəskin artdığı bildirilir. Həmçinin İranın ədliyyə rəsmiləri yaxın zamanlarda Ərdəbildə daha onlar nəfərin edam ediləcəyini bildirib.

“İranda narkotik qaçaqmalçılığı ilə ittihamı edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər”,-deyə Amnesty International bəyanatında qeyd edib.

Amnesty International ən çox edam riski ilə üzləşən bəzi azlıqlar, o cümlədən, bəluçlar, Qərbi Azərbaycan vilayətində yaşayan sünni türklər və İranda yaşayan Əfqanıstan vətəndaşları ilə bağlı araşdırmalarını 2011-ci ilin dekabrında nəşr edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG