Türkiyənin Urmiyədəki yeni Baş konsulu Mehmet Bulut Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşdə Urmiyə universitetində Türk dili və ədəbiyyatı bölümünün açılması təklifini irəli sürüb.
İranın yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən, cənab Bulut Urmiyə universitetində Türk Dili və Ədəbiyatı bölümünün açılması istiqamətində fəaliyyət apaıldığını qeyd edib.
“Qərbi Azərbaycan vilayəti əhalisinin türk dilində danışdığını nəzərə alaraq, bu şöbənin açılmasının əhali tərəfindən yaxşı qarşılanacağına ümid edirik,”-deyə ötən ay vəzifəyə başlayan baş konsul əlavə edib.
Türkiyə və İranın Qərbi Azərbaycan vilayəti arasında mədəni əlaqələrdən söz edən cənab Bulut həmçinin Salmas şəhərinin Çiçək kəndində dəfn edilmiş 823 türk əsgərinin xatirəsini anıb. “Türkiyənin İrandakı səfiri ötən il bu xüsusda Qərbi Azərbaycan valiliyinə məktub yazıb, ancaq təəsüflə hələ cavab gəlməyib. Biz İran tərəfinin cavabını gözləyirik,”-deyə baş konsul bildirib.
Cənab Bulutun haqqında danışdığı bu əsgərlərin Birinci Dünya müharibəsi zamanı Qərbi Azərbaycan bölgələrində həlak olduğuna inanılır. İran Azərbaycanında çap olunmuş tarixi əsərlərə istinadən, həmin illərdə aysor və erməni silahlı döyüşçülərinin qırğınına məruz qalan Urmiyə, Sulduz, Salmas və Xoy əhalisi Osmanlı əsgərlərindən yardım istəyib.
Mehmet Bulut və Qərbi Azərbaycan valisi Vəhid Cəlalzadə həmçinin Urmiyə və Hakkari şəhərləri arasında Sero-Əsəndərə sərhəd qapısı, habelə Xoy-Van sərhəddindəki Kapıköy-Razi qapısı ilə bağlı müzakirələr aparıblar.