Accessibility links

Ərdəbildə doqquz nəfər asılaraq edam edilib


Iran executions
Iran executions
Ərdəbil Ədliyyəsinin veb səhifəsində son dörd gün ərzində narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş doqquz nəfərin asılaraq edam edildiyi bildirilib.

Ədliyyənin yaydığı xəbərə görə, ikisi Ərdəbil vilayətinin Germi şəhərindən olan 41 və 48 yaşlarında iki qardaş və biri 34 yaşlı bir Ərdəbilli olmaqla üç nəfər iyulun 6-sı səhər çağlarında Ərdəbil zindanının həyətində asılıblar. Germili qardaşlar 4 kiloqramdan artıq heroini bir avtobusla daşımaqda əməkdaşlıq etməkdə Ərdəbilli məhkum isə təqribən 3kiloqram heroini saxlamaqda günahlandırılıb.

“İyulun 8-də ikisi 35 və biri 33 yaşlarında olan daha üç Ərdəbilli dar ağacından asılıb. Onlar metamfetamin daxil olmaqla muxtəlif narkotik maddələrin əldə etmək, yaymaq və saxlamaqda ittiham edilmişdilər,”-deyə Ərdəbil Ədliyyəsinin saytı qeyd edib.

Eyni ittihamlarla məhkum edilən 27 yaşlı bir urmiyəli, habelə 57 və 59 yaşlarında iki tehranlı da iyulun 9-da Ərdəbil şəhərində edam edilib.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqda yaydığı bəyanatda etnik və dini azlıqlardan olan məhkumların ən çox edam riski altında olduqlarını qeyd edib.
XS
SM
MD
LG