Urmiyə gölü etirazları ilə bağlı aldığı bir il həbs cəzasını Təbriz zindanında çəkməkdə olan jurnalist və siyasi fəal Həsən Ərkin daha əvvəl başqa bir mühakimə nəticəsində İran rəhbəri və İran polisinə böhtan atmaq ittihamı üzündən məhkum olduğu 50 şallaq zərbəsi cəzasının icra edilməsi üçün zindan məsulları tərəfindən proses başladılıb.
“Həsən Ərk həkim tərəfindən müayinə ediləcək və həkim onun bədəninin şallaq zərbələrinə dözə biləcəyini təsdiq etdiyi təqdirdə, hökmün icrası mümkün olacaq,”- deyə Öyrənci Səsi veb səhifəsi bildirib. İnsan haqları qrupları isə azərbaycanlı jurnalistin bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkdiyini qeyd edirlər.
İllər öncə dövlət tərəfindən bağlanılan Şəmsi Təbriz qəzetinin yazarlar heyəti üzvünü Təbrizin Umumi Cəza Məhkəməsi ötən ilin mart ayında 50 şallaq zərbəsi cəzasına məhkum edib.
Jurnalist Günaz TV ilə müsahibədə danışdıqları üzündən İranın ali ruhani rəhbəri və İran polisinə böhtan atmaq ittihamı ilə üzləşmişdi.
Cənab Ərk 2011 avqust ayında 28 başqa Azərbaycan fəalı ilə birlikdə Təbrizin Qumtəpə məhəllsindəki bir evdə Urmiyə Gölünün quruması ilə bağlı toplantı keçirdikləri zaman həbs edilmişdi. Milli fəal daha sonra müvəqqəti şəkildə zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən 1 il həbsə məhkum edilmiş və ötən ilin dekabrından etibarən Təbriz zindanında saxlanmaqdadır.