Accessibility links

Musa Bərzin: Təbriz Məhkəməsi hakiminin beynəlxalq sanksiyalarla üzləşməsi müsbət haldır [Audio]


Musa Bərzin Xəlifəli
Musa Bərzin Xəlifəli
Azərbaycanlı vəkil Musa Bərzin Xəlifəli milli fəallara qarşı çıxardığı ağır məhkəmə hökmləri ilə tanınan Təbriz İnqilab Məhkəməsi hakimi Rəhim Həmlbərin Avropa Birliyi sanksiyaları ilə üzləşməsini müsbət qiymətləndirir. Məruz qaldığı basqılar üzündən Türkiyəyə mühacirət etməzdən öncə bir çox azərbaycanlı fəalı məhkəmələrdə müdafiə etmiş vəkil Amerikanın Səsi ilə müsahibədə Təbriz məhkəmələrində baş verən qanunsuzluqlar, milli fəalların üzləşdiyi ittihamlar və Ettelatın məhkəmə prosesinə müdaxilələri haqda danışıb.

Musa Bərzin: Təbriz Məhkəməsi hakiminə sanksiyaları müsbət adlandırır
please wait

No media source currently available

0:00 0:23:00 0:00

“Bu iş bundan öncə olmalıydı. Ancaq gec olsa da, Təbriz məhkəmələrindəki qanunsuzluqların xəbəri gedib Avropa Birliyinə çatıb və bu yaxşı haldır,”- deyə cənab Bərzin Təbriz İnqilab Məhkəməsinin sədri Rəhim Həlmbərə tətbiq edilən sanksiyaları şərh edib: “Avropa Birliyinin sanksiyaları, hakim Həmlbər kimilərə təsir etməsə də, onun əməkdaşları və başqa hakimləri qanundan uzaqlaşmayıb, siyasi məhbusların mühakiməsində daha ədalətli davranmağa sövq etmək kimi yaxşı nəticələri ola bilər.”
Bu iş bundan öncə olmalıydı. Ancaq gec olsa da, Təbriz məhkəmələrindəki qanunsuzluqların xəbəri gedib Avropa Birliyinə çatıb və bu yaxşı haldır.

Azərbaycan veb səhifələri milli fəallara qarşı təqiblərdə aktiv rol oyanayan üç hakimin şəxsiyyətlərini müəyyən edib. Bunlar müstəntiq hakim Həsən Haşimzadə, Rəhim Həmlbər və apellyasiya ərizələrinə baxan Hakim Məhəmməd İmanidir ki, onlar Etelaatla koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Ettelaatın göstərişləri altında bu şəxslər milli fəallara işgəncə verilməsində və onların uzun müddətli həbs cəzalarına məhkum edilməsində mühüm rol oynayırlar.

​“Əslində ən əsas rolu müstəntiq Həsən Haşimzadə oynayır. O, sənədləri saxtalaşdırıb milli fəallara ittihamnamə tərtibləyərək onların nəzarət altına alınmasında Ettelaatla tam əməkdaşlıq içindədir. Apellyasiya Məhkəməsinin hakimi İmani isə ona gələn ərizələri oxumadan, İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Həmlbər tərəfindən verilən hökmü eynən təsdiqləyir,” deyə Musa Bərzin Amerikanın Səsinə bildirib.

Cənab Bərzin Təhlükəsizlik Nazirliyinin məhkəmə prosesinə müdaxiləsini qanunsuzluq kimi qiymətləndirir: “Qanuna görə Ettelaat sadəcə tapıntı mərhələsində iştirak edə bilər. Ancaq Ettelaatın əməkdaşları qanunsuz şəkildə bütün məhkəmə prosesi - yəni həm təhqiqat, həm də ittihamlandırma işlərinə daxil olurlar.”
Qanuna görə Ettelaat sadəcə təhqiqat mərhələsində iştirak edə bilər. Ancaq Ettelaatın əməkdaşları qanunsuz şəkildə bütün məhkəmə prosesi yəni həm təhqiqat, həm də ittihamlandırma işlərinə daxil olurlar.

Musa Bərzinin dediklərinə görə, pan-türkizm, milli təhlükəsizliyə qarşı fəaliyyət, dövlətə qarşı təbliğat və casusluq kimi ittihamların milli fəallara qarşı irəli sürülməsində qanunsuzluqların baş verməsindən əlavə qanunun özündə də problem var. O, İslam İnqilabndan sonra rejimin qorunub saxlanmasına yönəlik qanunların yanlış təfsirlərə yol verəcək qədər anlaşılmaz şəkildə yazıldığını deyir.
XS
SM
MD
LG