Bu gün Naxçıvanda Müsavat partiyasının region üzrə təşkilatının sədri Sabir Vəliyev fiziki hücuma məruz qalaraq ölümcül döyülüb. Amerikanın Səsinin (www.amerikaninsesi.org) aldığı məlumata görə hücum iki mülki geyimli şəxs tərəfindən saat 15:00 radələrində həyata keçirilib.
Hücumla bağlı Amerikanın Səsinə danışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy son insidenti Vasif Talıbovun rəhbərlik etdiyi hakimiyyət orqanlarının əməli kimi təsvir edib. Onun sözlərinə görə çox sayda narazı insanın müxalifət partiyalarına axışmasından narahat olan hökumət orqanları müxalifət qüvvələrinin rəhbərlərini hədəf almaq qərarına gəliblər.
Müsavatçı Sabir Vəliyevin hücum nəticəsində ölümcül hala düşdüyünü deyən Yaşar Bağırsoy onun bir litrə yaxın qan itirdiyini deyib. Evə çatdırılarkən cənab Vəliyev artıq huşsuz halda olub. Müxalifətçinin evinə həkim və polis gələrək insidenti qeydə alıb.
“Naxçıvanda ictimai şəxsləri döymək, döydürmək bir dəb alıb. Bununla ictimai fəallığın qarşısını almaq olmaz,” deyə Yaşar Bağırsoy Amerikanın Səsinə bildirib. O, əlavə edib ki, əgər Naxçıvanda hakimiyyət orqanları müxalif fikirli insanlara qarşı basqıları davam etdirsələr, bu, sonda partlayışa gətirib çıxacaraq.
Sovet dönəmində muxtar respublika statusu almış və hələ də bu statusu saxlayan Naxçıvan bölgəsinə Vasif Talıbov rəhbərlik edir. Onun rəhbərliyi altında Naxçıvan həmin ərazidə mövcud olan əzici siyasi atmosferə görə “Qafqazın Şimali Koreyası” kimi ad çıxarıb.

Naxçıvanda ictimai şəxsləri döymək, döydürmək bir dəb alıb. Bununla ictimai fəallığın qarşısını almaq olmaz.