Accessibility links

Azadlıq Radiosu - Möhtəşəm 60 il


Bu günlərdə Azadlıq Radiosunun 60-cı ildönümü tamam olur. Bir vaxtlar kommunizmə qarşı tarixi mübarizənin ön cəbhəsində fəaliyyət göstərmiş möhtəşəm təsisat mövcud olduğu on illər boyu azadlıq ideallarının təmsilçisi kimi milyonlarla əsarət altında yaşayan insanlara ümid verib.

Azadlıq Radiosu ilk yayımına 1953-cü il, martın 1-də başlayıb. Lakin Radio dörd gün sonra, martın 5-də Sovet diktatoru İosif Stalinin ölümünə dair proqramları ilə populyarlaşdı. 1954-cü ildə Azadlıq Radiosu artıq 11 dildə proqramlar yayımlayırdı.

Radionun ideoloji kökləri Soyuq Müharibənin başlanğıcına təsadüf edir. İkinci Dünya Müharibəsinin ardınca sovet qoşunlarının Şərqi Avropanı işğal etməsi ilə Birləşmiş Ştatlar başda olmaqla azad dünya totalitar ideologiyanın yayılmasının qarşısını almaq üçün hərəkətə keçdi.

1949-cu ildə Nyu Yorkda qərargahlanan və anti-kommunist mahiyyətli Azad Avropa Uğrunda Milli Komitə Azadlıq Radiosunun yaradılması ideyasını irəli sürdü. Bu komitənin rəhbərliyində sabiq səfir Cosef Qru, Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) rəhbəri Allen Dalles, Readers Digest məcmuəsinin sahibi Devitt Vallas, sabiq diplomat Devitt Klinton Puul, və tanınmış Nyu York investisiya bankiri Frank Altşul var idi.

ABŞ rəhbərliyi hesab edirdi ki, sovet totalitarizminə qarşı mübarizə ideyalar müharibəsidir. Kommunizmə qarşı layihələrin əksəriyyətini Soyuq Müharibənin ilk dönəmində rəsmi Vaşinqton maliyyələşdirirdi.

Azadlıq Radiosu terrorla üz-üzə
Azadlıq Radiosu terrorla üz-üzə
​1972-ci ildə Azadlıq Radiosu ABŞ-da qərargahlanan Beynəlxalq Yayım Şurasının sərəncamına verildi.

1981-ci ildə Azadlıq Radosunun Münhendəki baş qərargahı terror hücumuna məruz qaldı. Fevralın 21-də baş vermiş partlayış binaya 2 milyon dollar məbləğində ziyan vurdu. Xoşbəxtlikdən ölən olmadı. Sonradan müəyyən edildi ki, terror əməliyyatının arxasında Rumıniya diktatoru Nikolae Çauşeskunun göstərişinə əsasən İliş Ramirez Sançez - Çaqqal Karlos ləğəbli kommunist terrorçu dayanır.

Soyuq Müharibə başa çatdıqdan sonra, 1995-ci ildə Azadlıq Radisounun baş qərargahı Münhendən Praqa şəhərinə köçürüldü.

Hazırda Azadlıq Radiosu 28 dildə 21 ölkəyə proqramlar yayımlayır ki, bunların sırasında Azərbaycan da yer alır.

Xədicə İsmayıl
Xədicə İsmayıl
Azadlıq Radiosunun Azərbaycan bölməsi ötən illərdə Azərbaycanda insan haqları pozuntuları, demokratiya sahəsində problemlər və korrupsiyanın işıqlandırılmasında mühüm rol oynayıb. Radionun Azərbaycanın rəsmi dairələrinin korrupsiya əməliyyatlarında iştirakına dair araşdırmaçı reportajları ölkə daxilində əks-səda doğurub. Hazırladığı reportajlara görə Radionun əməkdaşı Xədicə İsmayıl 2013-cü ildə Beynəlxalq Qadın Media Fondunun nüfuzlu Jurnalizmdə Cəsarət mükafatına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG