Accessibility links

Hollandiya Renessansı

Rəsmlər cəmiyyətin aynasıdır. Bu fikri Vaşinqton Milli Qalereyasında “Kloveniersdoelenin İdarəçiləri” eyniadlı iki rəsm əsəri dolğunluqla əks etdirir. 1642 və 1655-ci illərdə müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər müşavirə otağını göstərir. Govert Flinckin çəkdiyi birinci rəsmdə müşavirə stolu ətrafında oturmuş nurani baxışlı, nisbətən yaşlı, aristokratik etiketlərdən agah, haradasa qayğılı görünən idarəçilər təsvir olunur. 13 il sonra Bartolomey Van der Helstin əsərində idarəçilər gənc, enerjili, inam dolu baxışlarla əks olunur. Hər iki rəsmin ümumi cəhəti idarəçilərin üzlərində aşkar sezilə bilən fəxarət hissi ilə səciyyələnir. Onlar diskussiyalı hökumətin təmsilçiləridir və görkəmlərində sivil məsuliyyət, peşəkarlıq, işgüzarlıq hiss olunur. Bu iki portret, və başqa sənətkarların əsərləri, Respublikaçı Hollandiyanın ruhunu və bu ruhun təkamülünü nümayiş etdirir.

XS
SM
MD
LG