Accessibility links

Maliyə əlavə qüvvələr göndərilməsi müzakirə edilir


Bu gün Qərbi Afrika ölkələrinin liderləri islamçı yaraqlılara qarşı döyüşən Fransa əsgərlərinə yardım məqsədilə əlavə əsgərlərin göndərilməsi məsələsini müzakirə etmək üçün görüş keçirir.

Fil Dişi Sahilinin paytaxtı Abidcanda baş tutacaq toplantıya ECOWAS - Qərbi Afrika regional blokunu təmsil edən bəzi dövlətlərin başçıları da qatılacaq.

ECOWAS komissiyasının rəhbəri Dezire Kadre Oudraqo dünən bildirib ki, Malidə qurudakı vəziyyət təcili addım tələb edir.

Mali rəsmiləri deyir ki, Fransanın dəstəklədiyi hökumət qüvvələri islamçı yaraqlıların ələ keçirdiyi ikinci şəhərin də nəzarətini geri qaytarıb.

Yerli rəsmilərin bildirdiyinə görə, yaraqlılar paytaxt Bamako şəhərindən 400 kilometr şimal-şərqdəki Diabalidən də çıxarılıb. Yaraqlılar bu ərazini həftənin əvvəli ələ keçirmişdi.
XS
SM
MD
LG