Accessibility links

Barış Heydəri: Oğluma atasının iş üçün İranın cənubuna getdiyini deyirəm [Audio]


Mahmud Fəzli, xanımı Barış Heydəri və oğlu Atilla
Mahmud Fəzli, xanımı Barış Heydəri və oğlu Atilla
Amerikanın Səsinə müsahibədə tanınmış milli fəal Mahmud Fəzlinin xanımı Barış Heydəri həyat yoldaşının tutulması haqda məlumat verib.

Ötən dekabrın 31-də Təbrizdəki evi önündə Ettelaat məmurları tərəfindən tutulan tanınmış milli fəal Mahmud Fəzli iki həftədən artıqdır ki, Təbriz təhlükəsizlik həbsxanasında saxlanılır. Cənab Fəzlinin saxlanma səbəbi hələ də tam olaraq açıqlanmayıb.

Barış Heydəri əri Mahmud Fəzlinin həbsi haqda danışır
please wait

No media source currently available

0:00 0:12:43 0:00

Barış Heydəri Amerikanın Səsinə bildirib ki, Mahmud Fəzli uzun müddətdir ki, İran Azərbaycanında baş qaldıran milli hərəkatın fəalıdır və o, bundan əvvəl də bir neçə də İslam Respublikasının təhlükəsizlik orqanları tərəfindən həbs olunub.

Mahmud Fəzli daha öncə 2011-ci ilin avqustunda 28 başqa Azərbaycan fəalı ilə birlikdə Təbrizin Qumtəpə məhəlləsindəki bir evdə Urmiyə Gölünün quruması ilə bağlı toplantı keçirdikləri zaman tutulub və mühakimə edildikdən sonra bir il qəti və əlavə olaraq bir il şərti həbsə məhkum edilmişdi. İndi, milli fəalın kəsilən həbs cəzasını çəkmək üçün tutulduğu ilə bağlı xəbərlər yayılsa da, həyat yoldaşının dediyinə görə, qanuna görə həbs cəzasını çəkmək üçün, o, İran təhlükəsilik idarəsinin həbsxanasına deyil, Təbriz zindanına göndərilməli idi.

Barış Heydəri bu xüsusda prokurordan “Həyat yoldaşım hökmlərin icrası üçün tutulub. İndi haradadır?” deyə sual etdikdə, prokuror “O, bizim əlimizdə deyil, Ettelaatdadır” deyə cavab verib.

Tutulduqdan sonra bir neçə dəfə telefon vasitəsi ilə həyat yoldaşı ilə danışsa da, mill fəalla bu günə qədər ailəsi ilə görüşməyə icazə verilməyib.
Mahmud Fəzli oğlu Atilla ilə
Mahmud Fəzli oğlu Atilla ilə

Bu arada, Barış xanım yanvarın 15-də həyat yoldaşının Qumtəpə Görüşü ilə bağlı həbs hökmü ilə xüsusunda onun vəkili M. Rza Fəqihidən yeni xəbərlər alıb. Vəkilin dediklərinə görə, Ali Məhkəmə dəlil və sübutların çatışmazlığı üzündən Qumtəpə Görüşü ilə bağlı Mahmud Fəzli və Elman Nuri adında başqa Azərbaycan fəallarına verilən hökmləri ləğv edib.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) veb səhifəsində, Mahmud Fəzli bu təşkilatın Mərkəzi Komitə üzvü kimi təqdim edilir. Mərkəzi Komitənin başqa üzvü Yürüş Mehrəlibəyli yanvarın 9-da tutulub. Xanım Heydərinin sözlərinə görə, həyat yoldaşı Yeni GAMOH təşkilatı ilə bağlı fəaliyyətləri üçün tutulmuş olsa belə, Ettelaat həbsxanasında deyil, Təbriz zindanında olmalı idi.

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən olan, ancaq indi Təbrizdə yaşayan tanınmış milli fəal Mahmud Fəzli Azərbaycanla bağlı fəaliyyətləri üzündən son 10 il ərzində azı yeddi dəfə həbs edilib. Onun həyat yoldaşı Barış Heydərinin sözlərinə görə, Xoylu fəal keçmişdəki həbs zamanlarında aylarla təkadamlıq kamerada saxlanılıb və döyülmə kimi işgəncələrə məruz qalıb.

Mahmud Fəzli və Barış Heydərinin beş yaşlı Atilla adlı oğulları var. Cənab Fəzli həbsdə olduğu zaman anası kiçik Atillaya atasının iş üçün İranın cənub bölgələrinə getdiyini deyir.
XS
SM
MD
LG