Accessibility links

"Sevgi Yolçuları" Urmiyanın kitab bazarında



Urmiyalı gənc yazıçı Hüseyn Vahidinin yazdığı “Sevgi Yolçuları” adlı türkcə hekayələr toplusu satış üçün şəhərin kitab mağazalarına göndərilib.

“Ayna News” veb səhifəsinin yazdığına görə, 96 səhifəlik bu ədəbi əsər Urmiyənin Yaz Nəşriyyatı tərəfindən çap edilib. “Sevgi Yolçuları”nda dərc olan hekayələrin bir neçəsi satira formasında yazılıb.

Yazıçı Hüseyn Vahidi “Xatirələr Durağı” adlı bloqunda kitabın ana dilini sevənlər üçün faydalı olacağını arzulayaraq, onun oxucular tərəfindən müsbət qarşılanacağına ümid bəslədiyini bildirib.

Urmiyalı jurnalist və yazıçı həmçinin yazıb:“Dünyada çox arzuma çatmasam da, ən azı ana dilimdə yazmağı bacarmışam. Yazılarım gözəl Azərbaycanımızın çeşidli nəşriyyələrində çap olub və bu mənim üçün bir fəxr sayılır. Yazmaqda heç zaman iddiam olmayıb, təkcə ana dilimdə yazdığıma fəxr etmişəm. Türkcəmizdə yazıb-oxumağı evdə öyrənmişəm...”

İran Azərbaycanında yayılan türkcə kitabların əksəriyyəti şer kitablarıdır və bu üzdən də nəsr əsərləri və hekayə kitabları azərbaycanlı ədəbiyyatçı və tənqidçilər tərəfindən müsbət qarşılanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG