Güney Azərbaycan İstiqlal Partiyasının (GAIP) Hollandiya üzrə təmsilçisi Araz Ataxan deyir ki, İran Azərbaycanında milli oyanış hərəkatı hər gün güclənir və sürətlə təşkilatlanır. Özünün təmsil etdiyi təşkilatı nümunə kimi göstərən cənab Ataxan Amerikanın Səsinə müsahibədə artan sayda Azərbaycan türklərinin “azad ölkədə” yaşamaq istədiyini dilə gətirib.
Araz Ataxan təşkilatın 2004-cü ildə yarandığını və qısa müddət ərzində Avropada və Şimali Amerikada özünə çox sayda tərəfdar cəlb etdiyini bildirdi. Onun sözlərinə görə təşkilatın təmsilçiləri tez-tez aksiyalar keçirərək güneydə Azərbaycan türklərinin üzləşdiyi zülmü dünya ictimaiyyətinə çatdırırlar. O, habelə Qərb siyasətçilərinin tədricən İran Azərbaycanına ciddi önəm verdiyini vurğuladı.
“Azərbaycan fəallarının 99 faizi tam istiqlaliyyətin peşindədir, və bunu da çəkinmədən İran rejiminə və dünya ictimaiyyətinə açıq deyirik. Bizi ayrımçılıq, separatçılıqda ittiham edənlər bəlli qüvvələrdir. Onlar pan-iranistlərdirlər, pan-farsistlərdir, və onlar bu sözləri deyəcəklər, çünki zorla silah gücünə bizim torpaqları, bizim milləti işğal edən başqa söz tapıb deyə bilməyəcək,” deyə Araz Ataxan bildirir.
Cənab Ataxan əlavə etdi ki, ötən aylarda İran Azərbaycanında güclü həbs kampaniyası başlanıb. İran xüsusi təhlükəsizlik orqanları milli hərəkatın liderlərini həbsə salmaqla milli oyanışı dayandırmağa çalışırlar. Lakin hərəkatın dayaqlarının güclü olduğuynu qeyd edən fəal mübarizənin uğurlu sonluğadək davam edəcəyini bildirdi.

Azərbaycan fəallarının 99 faizi tam istiqlaliyyətin peşindədir, və bunu da çəkinmədən İran rejiminə və dünya ictimaiyyətinə açıq deyirik. Bizi ayrımçılıq, separatçılıqda ittiham edənlər bəlli qüvvələrdir. Onlar pan-iranistlərdirlər, pan-farsistlərdir, və onlar bu sözləri deyəcəklər, çünki zorla silah gücünə bizim torpaqları, bizim milləti işğal edən başqa söz tapıb deyə bilməyəcəkAraz Ataxan