Accessibility links

Suriya müxalif qrupları koalisiya razılığına imza atdı


Qətərdə müxalif danışıqlarda iştirak edən Suriya nümayəndələri deyir ki, prezident Bəşar Əl-Əsəd hakimiyyətinə son qoymaq üçün döyüşən qüvvələr uzun sürən danışıqlardan sonra yeni koalisiyasının təşkili barədə razılığa gəliblər.

Tanınmış dissident Riad Seifin sözlərinə görə, qruplar koalisiyanın təşkili üçün 12 maddəli razılığa imza atıb. Bu gün əldə edilən razılıq Seifin tərtib etdiyi ABŞ tərəfindən dəstəklənən islahatlar təklifinə əsaslanıb.

Müxalif liderləri deyib ki, qrupun prezidenti bu gün axşam saatlarında keçiriləcək sessiyada müəyyən olunmalıdır.

Daha əvvəl müxalifətin əsas nümayəndəsi kimi görünən Suriya Milli Şurası uzun müddət Ərəb dünyasının və Qərbin diqqətini Suriyadakı müxalif qrupların birləşməsinə yönəltməsinə çalışıb.
XS
SM
MD
LG